backend

Bakıda qalmaqallı məktəb bağlandı

Bakıda qalmaqallı məktəb bağlandı






















“Biz hardan iş tapaq?”.

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbi bağlanıb.
qaynarxett.az xəbər verir ki, bu barədə Aktual.Az-a məktəbin müəllimlərindən biri məlumat verib.

Onun sözlərinə görə, 7 saylı internat məktəbinin bağlanması nəticəsində 130 müəllim və işçi heyəti işsiz qalıb.

Məlumatda bildirilir ki, hazırda müəllimlər intenat məktəbinin önündə toplaşıblar: “Ötən gün bizə nazirin əmrini oxudular. Bildirdilər ki, internat bağlanır. Burada çalışanlara 2 aylıq əməkhaqqı veriləcək. Dedilər ki, bu müddət ərzində özünüzə iş tapın. Biz hardan iş tapaq? Əslində, bizi işlə təmin etməlidirlər".

Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı.