backend

Təcili!!! GECƏ-GECƏ ƏHALİYƏ İNANILMAZ ŞAD XƏBƏR - Bu lap inqilabdır ki...

Təcili!!! GECƏ-GECƏ ƏHALİYƏ İNANILMAZ ŞAD XƏBƏR - Bu lap inqilabdır ki...
Hökumətin üzən məzənnə siyasətinə keçidi artıq müsbət qığılcımlar verməkdədir
Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, manat nisbətən bahalaşır.
Hazırda Gürcüstanda 100 manat 152 laridir. Bir neçə ay əvvələ qədər isə 130 lari edirdi. Hökumətin manatın kursunu sərbəst buraxması iqtisadiyyatda ciddi dönüşə səbəb olmağa başlayıb. Əslində, 10 il əvvəl manat üzən məzənnə ilə idarə olunmalıydı.
Onun kursunun dollardan yuxarı saxlanmasına xərclənən pulları qeyri-neft sektorunun inkişafına yatırmaqla ölkədə rentabelli iqtisadiyyat qurmaq mümkün idi. Gec də olsa, bu siyasətə başlanması müəyyən pozitiv nəticələr verməkdədir.

"Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək".
Bunu Azərbaycan Mərkəzi bankını İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir:

“Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.

Son zamanlar manatın məzənnəsini möhkəmlənməsinə toxunan baş bakir bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib.

E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki manatın bahalaşmasının potensiyalı daha çoxdur”.

Palitika.Az xəbər verir ki, makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil.

Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir.

Hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil.

Gözlənildiyi kimi, sentyabr ayında dollara tələb yüksək olmadı. Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu.

Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi.

Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı.

Bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır.

O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
Qaynarxett.az