Çempionlar Liqasının IV turu çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən "Atletiko" - "Qarabağ" oyununda hesab bərabərləşib. Görüş 1-1 hesabı ilə başa çatıb.
***
Rəqibin bərabərlik qolunu 56-cı dəqiqədə Tomas vurub. Matçın 58-ci dəqiqəsində isə "Qarabağ" azlıqda qalıb. Pedro Enrike kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.
“Ölkə.Az” xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağıdır.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmaq niyyətindədir. Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.
“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Qurban Qurbanovun komandası səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək.
31 oktyabr
Çempionlar Liqası
C qrupu
23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 0:1 (Birinci hissə) Qol: Miçel, 40 Baş hakim: Deniz Aytekin Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya) Madrid. “Metropolitano” stadionu
Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.
Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə "Atletiko" ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano" stadionunda keçiriləcək.