backend

TƏCİLİ!!! Gecə-gecə əhaliyə bəd xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!

TƏCİLİ!!! Gecə-gecə əhaliyə bəd xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə çıxışı zamanı yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv ediləcəyini və artıq bu yardımı alan ailələr üçün özünəməşğulluq proqramlarının icrasına başlanıldığını bildirib

Bəs yaxın gələcəkdə ünvanlı sosial yardımın ləğvi və yeni məşğulluq sahələrinin yaradılması əhalinin sosial vəziyyətinin yaxşılaşması, həmçinin işsizlik probleminin həlli istiqamətində əhəmiyyətli rol oynaya biləcəkmi?



Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov aparılan siyasətin düzgün olduğunu və ünvanlı sosial yardımın insanlarda ələbaxımlılıq yaratdığını bildirib:

"Tamamilə doğru fikirdir. Birincisi ünvanlı sosial yardım insanlarda ələbaxımlılıq yaradır. Onlar gözləyirlər ki, dövlətdən 5-10 manat alıb dolanacaqlar və s. Ünvanlı sosial yardım həm də insanlarda işləmək həvəsini yox edir. Bilirsiniz, insanlara iş yerləri açmaq, onlara normal məvacib vermək lazımdır ki, elə problemlər yaranmasın. İkincisi də dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təxminən 6 milyona yaxın vəsait ayrılıb ki, yerlərdə özünəməşğulluğu təşkil etsinlər. Həmçinin insanların seçimindən asılı olaraq onlara istər kənd təsərrüfatı, istər biznes, istərsə də digər sahələrdə şərait yaradırlar ki, istədikləri bir işlə məşğul ola bilsinlər və ünvanlı sosial yardım ehtiyacından azad olsunlar. Səlim Müslümovun da dediyi kimi, çalışırıq ki, bu məsələni 6-7 il ərzində başa çatdıraq. Çünki bu, vacib məsələdir. Buna nail ola bilsək, insanların aylıq məvacibləri, iş yerləri olacaq və ələbaxımlıqdan azad olacaqlar. Dünya təcrübəsində də belə hallar mövcuddur. Məlumatıma görə, artıq proqramın icrasına başlanılıb və Göyçay, Ucar və digər bölgələrdə belə məşğulluq sahələri yaradılır. Dövlətin apardığı siyasət çox düzgün siyasətdir".

İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. "Qaynarinfo"ya açıqma verən ekspert vurğulayıb ki, dünyanın istənilən ölkəsində işsizlik ordusu var və olacaq. Bu səbəbdən də dövlət təkcə əlil insanların deyil, işqabiliyyətli olub, müxtəlif səbəblərdən işləmək iqtidarında olmayan insanların da sosial güvənliyini təmin etməlidir:

"Əslində sosial məsuliyyəti olan bütün dövlətlərdə sosial yardım anlayışı var. Dövlətin öz üzərinə götürdüyü pozitiv öhdəliklər var ki, mütləq bunu yerinə yetirməlidir. Söhbət təkcə işsizlərdən getmir, çünki əlil insanlar, sağlamlığı ilə bağlı işləyə bilməyənlər, müxtəlif kateqoriyalara aid insanlar var ki, dövlət sosial məsuliyyət anlayışı baxımından həmin insanlara yardım göstərməlidir. Amma söhbət yanaşmanın dəyişməsindən gedirsə, yəni obrazlı desək, dövlət insanlara balıq verməyəcək, onlara balıq tutmağı öyrədəcəksə, bu, tamam başqa yanaşmadır. Aparılan islahatlar yeni iş yerlərinin yaranması, insanların məşğulluğunun artırılması yolu ilə görüləcəksə, bu, pozitiv yanaşmalara gətirib çıxara bilər. Amma istənilən ən inkişaf etmiş ölkəni belə götürsək, orada mütləq işsizlər ordusu da, sosial yardıma ehtiyacı olanlar da, sağlamlığı və ya əngəlli olması ilə bağlı iş yerinə, təhsilinə görə problemləri olan insanlar da olur və dövlətin məsuliyyəti odur ki, həmin insanların sosial vəziyyəti ilə maraqlansın, həmçinin onların sosial vəziyyətini yaxşılaşdıracaq addımlar atsın. Dünyanın hər yerində işsizliyə görə müavinət alan insanlar var. Bu, o demək deyil ki, həmin müavinətləri alan insanların heç biri işləmək istəmir. Yəni, sosial yardıma ehtiyacı olanlar müəyyən səbəblərdən, tutaq ki, ixtisası üzrə iş tapa bilməyə və ya ixtisası göstərilən tələblərə cavab verməyə bilər, yaxud yaşayış yerini dəyişməsi səbəbindən işsiz qala bilərlər və s. Müxtəlif səbəblərdən işsizlik həmişə olur. Dünyada Şimali Koreyadan başqa elə bir ölkə yoxdur ki, orada işsizlik olmasın. Təkcə Şimali Koreya hər il BMT-yə hesabat verir ki, onlarda işsizlik faizi 0-a bərabərdir. Yəni, dünyada belə bir ölkə mövcud deyil. Ona görə də Azərbaycanda da gələcəkdə müxtəlif səbəblərdən işsiz qalan, işqabiliyyətli olan, amma işləmək imkanları olmayan insanlar olacaq. Yəni, bu kateqoriyadan olan insanların sosial güvənliyi mütləq təmin olunmalıdır".


Ekspert həmçinin dövlətin yürütdüyü siyasətdə 2 fəlsəfi seçimin olduğunu və insanların özlərini deyil, onların maraqlarını idarə etmək yolu ilə, idarəetmə modeli qurmanın daha effektiv nəticələrə gətirib çıxaracağını qeyd edib:

"Ümumiyyətlə dövlət yürütdüyü siyasətdə 2 fəlsəfi seçim etməlidir. Birincisi ondan ibarətdir ki, dövlət ya özü iqtisadiyyatda və ya biznesdə önəmli rol oynayır. Yəni, bütün iri layihələrin əsas maliyyə mənbəyi və icraçısına çevrilir. Bu zaman yanaşma tamam fərqli olmalıdır. Digər bir tərəfdən isə dövlət sadəcə ədalətli nəzarətçi rolunda çıxış edir və biznesə elə şəraitlər yaradılır ki, həm büdcənin yükü azalır, həm də biznes inkişaf etdikcə yeni iş yerlərinin yaranmasına, sosial məsuliyyətin artırılmasına gətirib çıxarır. Yəni, biznesə müəyyən vergi güzəştləri vermək şərtilə sosial məsuliyyətin artırılması yolları da var. İkinci fəlsəfi məsələ isə ondan ibarətdir ki, çox təəssüf Azərbaycanda hələ də insanların özlərini idarə etməyə çalışırlar. İnsanın marağını idarə etməyə çalışanda daha effektiv model qurulur. Yəni bu 2 məsələdə hökumət özü üçün bir yol seçsə, mənə elə gəlir ki, daha rahat olar. Fikrimcə, dövlət ədalətli hakim rolunda, təşfiqedici rolda çıxış etməli və insanların özlərini deyil, maraqlarını idarə etmək yolu ilə daha effektiv bir model qurmalıdır. Bu zaman həm sosial məsuliyyət artacaq, həm yeni yatırımlar olacaq, eyni zamanda büdcənin yükü xeyli azalacaq və yeni iş yerlərinin yaradılması üçün bir növ stimullaşdırılma həyata keçiriləcək".



qaynarxett.az