backend

Əbülfəs Qarayev: Tövsiyələrimiz yerinə yetirilmir

Əbülfəs Qarayev: Tövsiyələrimiz yerinə yetirilmir
























“Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq”.

Bu il Azərbaycanda turizm sahəsində qiymətlərin artımı olmayıb.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri ?bülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

“Bu da bizi sevindirir. Hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üç ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olundu. ?minik ki, bu proses davam edəcək”,- nazir deyib.

Əbülfəs Qarayev bildirib ki, bu il turizm mövsümünün yekunları onları qane edir:

“Öncədən atdığımız addımların nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqəladə və ya narahatlıq törədən hadisə baş vermədi. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq”.

Nazir qeyd edib ki, qətiyyətli addımlar ataraq lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da öz müraciətlər edilib:

“Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz sözsüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik”