backend

"İnsanlar var ki, hansısa cinayətin üstünü açmaq üçün mənim yanıma gəlirlər. " - EKSTANSES-BAXICI KAMİL NƏLƏR DEDİ?

"İnsanlar var ki, hansısa cinayətin üstünü açmaq üçün mənim yanıma gəlirlər. " - EKSTANSES-BAXICI KAMİL NƏLƏR DEDİ?

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, müqəddəs Tanrının vergi bəxş etdiyi, öncəgörən Həsənov Kamil Həsənaga ogludur.

Ekstrasens Kamilin adı ölkə ictimaiyyətinə, xüsusilə bakılılara bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı peşənin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, qabiliyyətinin göstəricilərinə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər.
Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Ekstrasens Kamilin uğurunu görmək istəmir, xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Qədimdən bəri insanların taleyi ilə bağlı xəbərlər verən insanlar olub. Falçı, baxıcı, ekstrasens və s. adlar altında fəaliyyət göstərib, özlərini vergili adam adlandırırlar. Hətta onların arasında elələri var ki, ən yaxşı falçı mənəm, hər nədən məlumatım var, deyir.

Qaynarxett.az-ın əməkdaşı ilə söhbətində ekstrasens-baxıcı Kamil nələr deyib:


"İnsan var ki, ona şeytani vergi verilir. Bir də var ilahi vergi. Məndə ilahi vergidir. O demək deyil ki, mən qara magiyadan istifadə etmirəm. Təbii ki lazım olanda yaxşi mənada istifadə edirəm. Məsələn, iki insanı birləşdirmək üçün, arada olan neqativi götürmək üçün bu üsullardan da istifadə edirəm.
BİLİRSİNİZ MƏNƏ HANSI QÜVVƏLƏR KÖMƏK EDİR? Mən daha çox xeyirə xidmət edirəm. Vergi mənə Allah tərəfindən verilib. Bizdə böyük bir ocaq var. Seyid ocağıyıq. Pis qüvvələrdən söhbət gedə bilməz. Mənim üçüncü gözüm aktivdir. O dünyadakı varlıqları görürəm, cinləri, şeytanları, mələkləri görürəm. Ətrafda olan qeyri-adi varlıqlarla da ünsiyyət qururam. Onu deyə bilməyəcəm. Telepatik yolla onlarla ünsiyyət qururam. Lazım olanda mənə kömək edirlər. Mənim xidmətdə olan başqa qüvvələrim də var. Bunlar mömin cinlər də ola bilər. Yanımda mələklərim də var. Mənə çox kömək edirlər. Mənə düzgün yol göstərirlər.Hər hansı bir ağrılarım olanda gecə yanıma gəlirlər. Onlar ağrı olan yerə əllərini qoyan kimi ağrılar dayanır. Elə olub ki, gözünü bağlayan müştəri yanımda qadın gördüyünü deyib. Deyiblər ki, yanımda taxt-tacda müsəlman olmayan bir qadın oturub. BİLİRSİNİZ HANSI ÜSULLARLA MÜALİCƏ EDİRƏM? Müştəri yanıma gəlir, ona baxıram. Əgər mənə imkan verirlərsə müalicəni boynuma götürürəm. İstənilən bir xəstəliyi müalicə edə bilərəm. Əgər qüvvələrim və Allah tərəfindən izn verilirsə görürəm ki, mənim enerjim düzgün gəlir və xeyri olacaqsa o zaman boynuma götürürəm ki, müalicə edəcəm.

Mənə baş ağrıları, sinir, şişlərlə bağlı, onkoloji xəstəliklərlə bağlı daha çox müraciətlər olur. Dəfələrlə olub ki, xərçəng şişlərini müştərinin gözü qarşsında aradan götürmüşəm, əritmişəm. Nəticəsi olmayan xəstəlikləri müalicə etmirəm. Heç kim məndən şikayətlənə bilməz ki, onları aldatmışam. Elə vaxtlar olur ki, yemək yeməyə belə vaxtım olmur.
Kişilər deyirlər ki, falçılara inanmıram. Amma qəribəsi odur ki, mənə müraciət edənlərin əksəriyyəti kişilərdir. Ola bilər ki bu mənim kişi olmağımdan qaynaqlanır. BİLİRSİNİZ MƏNİM YANIMA PİS NİYYƏTLƏ DƏ GƏLİRLƏR. Qadınlar öz ərlərinə cadu etdirməyə daha çox gəlirlər. Başqa qadınla gəzməsin, görüşməsin deyə, deyirlər ki, ərimə cadu elə. Başqa məsələlər üçün də caduya əl atırlar. Düşmənimi məhv et, qaynanamın dil-ağzını bağla, filankəs mənə çəp baxır, onun bütün yollarını bağla, elə et uğurları mənim olsun və sairə kimi çox dəhşətli əməllər etməyimi tələb edirlər. Bilirsiniz, cadunun qarası-ağı yoxdu, hər iki halda əgər insan iradəsini qırıb, onu kölə vəziyyətinə salırsansa, onu zombiləşdirirsənsə, bunun harasını ağ cadu adlandırmaq olar? Xeyir əməl ancaq cadunu batil etmək, təmizləmək, yolları, bəxti açmaq, neqativi, qorxunu insandan uzaqlaşdırmaqdır. Bir çoxları deyir ki, baxıcılar, ekstrasenslər yalançı, fırıldaqçıdırlar. Deyirlər ki, pul alıb insanları aldadırlar. Ümumiyyətlə, mənim haqqımda heç kəs belə sözlər deyə bilməz. Desə də cavabını verə bilərəm. Bu günkü gündə həqiqətən də fırıldaqçı ekstrasenslərin sayı çoxalib. Yerindən duran çıxıb deyir mən ekstrasensəm. Elə hərəkətlər edirlər ki, insanlarda baxıcılara, ekstrasenslərə qarşı ikrah hissi yaranır. Səbəb bu ola bilər. Ola bilər ki, bu sözləri deyən həkimlərdir. Qorxurlar ki, baxıcılar, falçılar onların sənətini əllərindən ala bilərlər. Müştəriləri azalıb deyə əks təbliğat aparırlar. Mən heç kimi aldatmamışam. Eləyə bilməyəcəyim işi də boynuma götürmürəm.
Məsələn, bir həftədən sonra Azərbaycanda nə baş verəcəyini də deyə bilərəm? Ancaq siyasi məsələlərə qarışmıram. Bu dövlətin işidir. Bu məsələlərə görə başimın ağrımasını istəmirəm. Elə olub ki, bir tanınmış insan haqqında məlumat vermişəm. Daha sonra problem yaşamışam. Bir insanın şəxsi həyatına girmək, siyasi olan mövzulara toxunmaq mənlik deyil.

Çox məsələlər var ki, mən onlarla bağlı danışmaq istəmirəm. Məsələn, insanlar var ki, hansısa cinayətin üstünü açmaq üçün mənim yanıma gəlirlər. Soruşurlar ki, baxın görün bu hadisəni kim törədib? Təbii ki, mən bunları bilirəm, amma demirəm. Onun altında yatan məsələləri bilirsiniz ki, nə məsələlər ola bilər... İnformasiyalar var ki, onları vermək düzgün deyil..."

Ülviyyə.
Qaynarxett.az