backend

QURBAN MƏMMƏDOV ÜSYAN ETDİ: "Məhkəmələrdə nümayəndəliyin ləğvi ideyasının əsl müəllifi kimdirsə, bu dövlətin və xalqın düşmənidir"

QURBAN MƏMMƏDOV ÜSYAN ETDİ: "Məhkəmələrdə nümayəndəliyin ləğvi ideyasının əsl müəllifi kimdirsə, bu dövlətin və xalqın düşmənidir"

Qaynarxett.az xəbər verir ki, tanınmış hüquqşunas - vəkil məhkəmələrdə nümayəndəliyin ləğv edilməsinə sərt reaksiya verib. O, öz fesebook səhifəsində yazır:


"Məhkəmələrdə nümayəndəliyin ləğvi ideyasının əsl müəllifi kimdirsə, bu dövlətin və xalqın düşmənidir. Bunu tam məsuliyyətimlə deyirəm.
Bilirsiniz niyə?
Fikir verin:
-- erməni alimi elmlə məşğul olduğu və artıq xərc çəkməməsi üçün, məhkəmədə olan cinayət və ya mülki işinə vaxt itirməmək məqsədilə qonşusundakı hər hansı adamı nümayəndə kimi məhkəməyə göndərir,
--silah zavodunda işləyən Aşotla Haykanuş daha çox Azərbaycanlı öldürə bilmələri üçün silah düzəltdiklərinə görə, vaxt itirməmək məqsədilə məhkəmədə olan hər hansı işinə işsiz dostunu nümayəndə kimi göndərir və ona tapşırır ki, lazım olsa vəkil tutsun,
-- həkim Karapet,
--müəllim Zorik,
--məmur Vartan,
--tələbə Levon,
--üç uşaq anası ..
-- şikəst övladına qulluq edən..
Bizdə isə bu düşmən adam, bir tərəfdən; alimi də, silah düzəldən ustanı da, həkimi də, müəllimi də, məmuru, tələbəni, üç uşaq anasını, birinci qrup əlil övladına qulluq edən valideyni də məcbur edir ki, ya şəxsən vaxtını məhkəmə zallarında keçirsin, ya da xəstə uşağının boğazından kəsib vəkilə versin,
ya da HÜQUQUNUN MÜDAFİƏSİNDƏN İMTİNA ETSİN, ikinci tərəfdən də; məsləki, vəzifəsi insanları məhkəmələrdə təmsil etmək, müdafiə etmək olan minlərlə vətəndaşı işsiz qoyaraq, Ümummilli Daxili Məhsulun (ÜDM) azalmasına, deməli, dolayısı ilə, dövlətimizin gücünün zəifləməsinə çalışır.
İndi siz deyin, dostlar, bu düşmənçilik deyilsə, bəs nədir?"

Qaynarxett.az