Məsut Özilin yeni klubu açıqlandı – RƏSMİ

70

Məsut Özilin yeni klubu açıqlandı – RƏSMİ













Məsut Özil qış fasiləsində “Barselona”ya keçəcək. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkan Söğüt açıqlama verib.

Kataloniya radiosunun məlumatına görə, menecer Məsutun qış fasiləsində 20 milyon avro qarşılığında “Barselona”ya transfer olunacağını və 3,5 illik müqavilə imzalayacağını bildirib. Türk əsilli futbolçu yeni klubunda həftəlik 450 min avro qazanacaq.

Qeyd edək ki, Məsutun “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Almaniya yığmasının üzvü London klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.