backend

Millət vəkili məktəblərdə narkotik aludəçiliyin yoxlanılmasını istəyir

Millət vəkili məktəblərdə narkotik aludəçiliyin yoxlanılmasını istəyir






















“Narkotik aludəsi olanların böyük əksəriyyəti bu vərdişi yetkinlik yaşlarından çevrənin təsiri ilə qazanırlar”.

Millət vəkili Fazil Mustafa orta məktəblər nartotik laudəçilyiinin genişlənməsi və bunun qarşısını almaq üçün görülən tədbirlərdən yazıb.

qaynarxett.az xəbər verir ki, Qafqazinfo-nun verdiyi xəbər görə, deputat özünün facebook hesabında qeyd edib ki, Daxili İşlər Nazirliyinin kollegiyasında son dərəcə aktual bir məsələyə diqqət yetirilib:

“Daxili işlər naziri Ramil Usubov, azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Əlbəttə, hörmətli nazirin bu məsələlər xüsusi diqqət ayırması təqdir olunmalıdır. Burada əsas məsələ cəmiyyətin bu prosesə daha effektli dəstək verməsi mexanizminin tapılmasıdır. Gizlətməli deyil, orta məktəblərdə narkomaniya sürətlə yayılmaqdadır, təhsildən yayınaraq qeyri-hüquqi fəaliyyətlərə cəlb edilən kifayət qədər yeniyetmələr var. Ona görə də bu işi təkcə bir Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin üzərinə qoymaq olmaz, mütləq stimullaşdırıcı addımlar atmaq vacibdir ki, ayrı-ayrı vətəndaşlar bu halların qarşısının alınmasına cəlb olunsunlar, problemdən xəbəri olan məktəblilərin yaxınları hüquq-mühafizə orqanları ilə təmasdan çəkinməsinlər”.

F.Mustafa Səhiyyə Nazirliyinin mütəmadi olaraq məktəblərdə yoxlama keçirməsini təklif edib: “Daxili İşlər Nazirliyində Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu, Elm və Təhsil, İnsan Hüquqları komitələrinin üzvləri ilə məlumatlandırma və fikir mübadiləsi xarakterli görüş təşkil etmək olar, təhsillə, insan hüquqları ilə bağlı ixtisaslaşmış QHT-lərin də keçirilən profilaktik tədbirlərdə iştirakını təmin etmək olar. Səhiyyə Nazirliyi hər üç aydan bir məktəblərdə oğlanların narkotik aludəçiliyi ehtimalını aşkara çıxaran profilaktik yoxlamalar həyata keçirə bilər.

Qanunvericilikdə də bu istiqamətdə məsuliyyəti gücləndirən əlavə və dəyişikliklər edilməsi mümkündür. Bu məsələyə ona görə həssas yanaşılmalıdır ki, sonradan narkotik aludəsi olanların böyük əksəriyyəti bu vərdişi yetkinlik yaşlarından çevrənin təsiri ilə qazanırlar”.