backend

Sergey Markov: Məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz

Sergey Markov: Məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz






















“Mən hiss edirəm ki, gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb”.

Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz.

qaynarxett.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, bunu Bakıdakı mətbuat konfransında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişikliklər baş verməyib: “Amma mən hiss edirəm ki, gələcək dəyişikliklər üçün ümid
yaranmağa başlayıb. Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə həllini istəyib. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar, müharibə etməyiblər. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür”.

Politoloq hesab edir ki, ilk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır: “Bölgədə demilitarizasiya aparılmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son qoysa, iqtisadi münasibətlər formalaşsa və Qarabağda infrastrukturun bərpası üçün addımlar atılsa, münaqişənin sülh yolu ilə həllinə nail olmaq daha asan olar. Hər halda, hesab edirəm ki, Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır”.