backend

Abort zamanı ölən qadının qohumu: Həkim qaçıb gizləndi - VİDEO

Abort zamanı ölən qadının qohumu: Həkim qaçıb gizləndi - VİDEO






















“Bu gəlin də su gətirməyə gedibmiş girib içəri ki, ölüb”.

Bərdədə növbəti ana ölümü baş verib. Bərdənin Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, əslən Yardımlıdan olan Sitarə Şahbazova 6 il əvvəl Bərdənin Cəyirli kəndinə gəlin köçüb. Dünən saat 15.00 radələrində öz istəyi ilə abort olmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gəlib. Yaxınlarının sözlərinə görə, xəstəxanaya gələn zaman mərhumun səhhətində problem olmayıb.

Sitarə Şahbazovanın dünyasını dəyişməsinə görə ailə üzvləri həkimləri günahlandırır.

Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim S.Şahbazovanı abort edərkən öldürüb:

“Həkim sonra çıxıb deyib ki, xəstənin vəziyyəti pisdir. Yiyəsi hanı? Bu gəlin də su gətirməyə gedibmiş girib içəri ki, ölüb. Ondan sonra həkim qaçıb gizlənib, yoxdur”.

Sitarə Şahbazovanı abort edən həkimi tapmasaq da, doğum şöbəsinin növbətçi həkim Tahirə Abbasova baş vermiş hadisə ilə bağlı bunları dedi:

“Saat 14:30 radələrində ginekologiya şöbəsinə həkimə müraciət etmiş, pozulmuş abort diaqnozu ilə daxili müayinə edən zaman xəstədə epileptik tutmalar olub. Bir dəfə xəstəni vəziyyətdən çıxartsalar da tutmalar davam edib, ürək fəaliyyətini dayandırıb. Göstərilən yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb”, - deyə həkim Tahirə Abbasova qeyd edib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.