backend

Gəlir insanın çəkisinə də təsir edir — ARAŞDIRMA

Gəlir insanın çəkisinə də təsir edir — ARAŞDIRMA













ABŞ-ın Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, yüksək gəlirə və ali təhsilə malik olan qadınlar aşağı gəlirli qruplara aid olanlara nisbətən piylənmədən daha az əziyyət çəkir.
Trend xəbər verir ki, müvafiq hesabat təşkilatın saytında dərc olunub.

Ali təhsil məktəbini bitirənlərin yalnız 27,7%-nə piylənmə diaqnozu qoyulub.
Əmək haqqı aşağı olan qadınlar arasında 45,2% artıq çəkidən əziyyət çəkir.

Kişilər arasında piylənməyə meyl orta gəlirli qrup nümayəndələri arasında daha çox müşahidə olunur (38,5%).