backend

Paytaxtda ərzaq məhsulları bahalaşıb

Paytaxtda ərzaq məhsulları bahalaşıb













2017-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb.

Bakı Statistika İdarəsi xəbər verir ki, xidmətlər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb.

2017-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Balıq məhsulları” qrupu 0,5 faiz, "Süd məhsulları, pendir və yumurta” qrupu 1,6 faiz, "Yağ və piylər” qrupu 1,1 faiz, "Meyvələr” qrupu 1,5 faiz, "Tərəvəzlər” qrupu 3,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,4 faiz, "Qəhvə, çay, kakao” qrupu 0,4 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, "Çaxır” qrupu 0,2 faiz, "Pivə” qrupu 0,1 faiz bahalaşıb.

Noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim” qrupu 0,4 faiz, "Digər paltarlar və qalantereya” qrupu 0,5 faiz, "Ayaqqabı” qrupu 2,3 faiz, "İnşaat materialları” qrupu 0,8 faiz, "Məişət cihazları” qrupu 0,3 faiz, "Kiçik elektrik cihazları” qrupu 0,7 faiz, "Şüşə məmulatları, yemək qabları və əşyaları” qrupu 0,1 faiz, "Tibb təyinatlı digər məhsullar” qrupu 0,1 faiz, "Səs və təsvir yazılışı üçün daşıyıcılar” qrupu 0,4 faiz, "Oyuncaqlar” qrupu 1,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,3 faiz , "Zərgərlik məmulatları” qrupu 4,3 faiz bahalaşıb.