backend

Astara Gömrüyündə özbaşınalıq - ŞİKAYƏT VAR

Astara Gömrüyündə özbaşınalıq - ŞİKAYƏT VAR

Gömrük komitəsinin qanunsuzluğu və yarıtmaz fəaliyyəti ilə bağlı dövrü mətbuatda dəfələrlə yazılar, şikayətlər dərc olunmağına baxmayaraq hələdə vəziyyət acinacaqlıdı. Belə ki, səbəbindən asılı olmayaraq xaricə gediş-gəlişi olan həmvətənlərimiz daim Gömrük idarələrində qanun pozuntuları və gömrük işçilərinin yarıtmaz fəaliyyətlərindən "cana yığılıblar" desək yanılmarıq.



XəbərAl.az saytının email adresinə öz sağlamlığı ilə əlaqədar İrana tibbi müayinəyə gedən bir həmyerlimiz Astara Gömrük idarəsində baş verən özbaşınalıqlarla bağlı urək yanğısı ilə şikayət məktubu yazıb. Şikayət məktubunu olduğu kimi təqdim edirik.


"Astara gömrüyündə qanunlar yetərincə işləmir. Son günlərdə səhhətimlə əlaqədar bir neçə dəfə İrana getməli olduğumdan, gömrükdə baş verənlər barədə söyləntilərin heç də yalan olmadığını gözlərimlə gördüm, hətta biləvasitə yaşadım! Əvvəla ondan başlayım ki, gözləmə məntəqələrində, növbəyə riayət edilmir. Belə ki, ilk gözləmə məntəqəsində (“raşotkalı” yerdə) gözlədiyim təxminən 1,5 saat ərzində ən az 10 nəfər insan növbə saymadan yuxarıdan tullanıb başqa ziyaətçilərin haqqını pozdu. Mən tələsdiyimdən və xəstəxanaya tez çatmalı olduğumdan, öz növbə haqqımı bərpa etməyə çalışdım, lakin gömrük nəzarətçisi, məni günahkar bilərək təhdid etdi və hədə-qorxu gəldi ki, sən keçməyəcəksən (təəssüf ki, adını öyrənə bilmədim). Sonra öz haqqımı müdafiə etdikdən və növbəni pozanları ona əyani olaraq göstərəndən sonra, necə deyərlər, susmalı oldu.... Əlbəttə, növbəni pozanların, bunu rüşvət müqabilində edib-etmədiyini dəqiq deyə bilmərəm, amma hər halda bu durum, özlüyündə anormaldır və qanun-qaydaya müvafiq deyil.

Gələk əsas hissəyə: xarici görünüşüm etibarilə digər ziyarətçilərdən bir az fərqləndiyim üçün (kostyumlu və s.) gömrük nəzarətçilərinin xüsusi və bəzən də yersiz ləngitmələri ilə tez-tez üzləşsəm də bunu problem hesab etmirəm. Lakin dünən, yəni 01.01.2018 tarixində İrandan qayıdan zaman, sözlərindən və üzündən aşkar savadsızlıq yağan bir gömrük nəzarətçisinin əməlli-başlı mənasız sorğu-sualına məruz qaldım!... Az qala “evlisən?” sualını verməyə varacaq qədər şəxsi həyata müdaxilə edən suallara, təmkin göstərib cavab verdim.... Lakin nəzarətçi buna qane olmadı, eyni sualları yenidən verməyə başladı: təsəvvür edin, yoxlamadan keçdiyin halda və üzərində hansısa şübhəli bir şey tapılmadığı halda, zorla nəsə tapmağa çalışırdı.... “Niyə getmişdin?”, “harda yaşayırsan, nə işlə məşğulsan?” suallarına, ikinci dəfə cavab verdikdən sonra, bu sorğu-sualın anlamsız olduğunu ona bildirdim... Çünki, tutalım ki, mən nəsə səhv məlumat vermişəmsə bunu ikinci dəfə soruşmaqla yalnız uşaqlar sözlərindən caya bilərlər hər halda.... İkincisi də ki, harda yaşadığımı, nə işlə məşğul olduğumu səhv də demə ehtimalın var və bunu yalnız yoxlamaqla dəqiqləşdirmək mümkündür, nəyinki məndən soruşmaqla... Üçüncüsü də, bu tip suallar, nə kiminsə şəxsiyyətinin bütün yönlərini aydınlaşdıra bilər, nə də cinayətlə əlaqəsini.... Yəni, bu cür suallar verməsi, bir qəbahət, aldığı cavablara şübhə etməsi iki qəbahət....

Nəysə, mən ona tələsdiyimi və bu sualların anlamsız olduğunu, sözlərimin dəqiqliyini məndən soruşmaqla deyil, başqa cür aydınlaşdıra biləcəyini söylədim... Elə bu sözlərimi dediyimi gördüm, bir də baxdım, nəzarətçinin cin vurdu təpəsinə, “mənə öyrədirsən?!”, “deməli, mən savadsızam?!” deyərək hədə-qorxu gəldi və məni cəzalandıracağını söylədi... Nəticədə, səlahiyyətindən sui-istifadə edərək məni axtarış otağına saldırdı və burda uzun axtarışlarla yarım saatdan çox vaxtımı aldı.... Əlbəttə üzərimdən, şübhəli nəsə çıxmadı, zatən məsələ də bu deyildi, məsələ bu idi ki, savadsız və mənasız qərar verdiyini üzünə söyləməyim onu qeyzləndirmişdi və məndən öz ağlınca intiqam almağa çalışırdı.... Mən əlbəttə onu şikayət etmək üçün adını elə ordaca öyrənməyə çalışdım, lakin həmkarları adını vermədilər... Yalnız onu öyrəndim ki, kontrabanda işçisidir... Hər halda onlar belə dedilər...

Sual edirəm: sərsəm sorğu-sualla ziyarətçiləri bezdirən və öz şəxsi eqosu və əsəbi ilə kiminsə vaxtını alıb onu axtarış otağına saldıran və bunu də aşkar şəkildə “cəzalandırmaq” üçün edən, başıboş və savadsız görmük işçisinə ehtiyacımız varmı?... Savadlı, etikalı, normal kadrlar qaldığı halda, bu cür mənasız şəxslərə iş etibarən edən Astara gömrüyü görəsən insanların rahatlığını və haqqınımı düşünür yoxsa başqa şeyləri?!...

Mən orda olduğum müddətdə gördüyüm nəzarətçilərdən 1-2-si istisna olmaqla demək olar, hamsı camaatla kobud davranırdı və ya vətəndaşların haqqını pozurdu... Camaatın haqqını pozurlar, amma camaat bunu, bu təhqirləri, necə deyərlər, həzm edir, şikayət etmir, lakin bu heç də onlara camaatı təhqir etmək haqqı vermir!..."

P.S. Hörmətli redaksiya, bu şikayəti yazmaya da bilərdim, lakin vəziyyətin artıq kritik həddə çatdığını gördüyümçün və camaatın da narahatçılığını nəzərə alaraq sizə yazmaq qərarına gəldim. Əlbəttə vəziyyəti rəhbərliyə də şikayət etmək olardı, lakin öz işçisinin adını belə verməyən bir rəhbərliyin ədalətlə davranacağı zatən inandırıcı deyil. Ümid edirəm ki səsimizi siz, mətbuat eşidəcəksiz və bu şikayəti yayımlayacaqsız ki, vəziyyətin düzəlməsi üçün lazım olan addımlar atılsın.


Mövzu ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davat etdirəcəyik
[/b]
[b]Qaynarxett.az