backend

Beyləqanda daha bir rüşvət biabırçılığı

Beyləqanda daha bir rüşvət biabırçılığı





















AVİA Hdrometrologiya idarəsinin rəisi Eldar Əmirov işçilərindən pul tələb edir

Beyləqanda məmurların rüşvət tələb etməsi ilə bağlı daha bir biabırçı vəziyyət üzə çıxıb. qaynarxett.az xəbər verir ki, jam.az-a müraciət edən rayonun Xanlar Səfərəliyev küsəsi, ev 9-da yaşayan sakini Əfiqə Muradxanova bidirib ki, o, AVİA Hidrometrologiya idarəsinin müdiri Eldar Əmirovdan şikayətçidir.

Ə.Muradxanova qeyd edib ki, Eldar Əmirov maliyyə maxinasiyaları ilə məşğuldur. Ona dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdədir. «Eldar Əmirov maliyyyə maxinasiyaları ilə yanaşı, məmur özbaşınalığı ilə də məşğuldur. Bu azmış kimi, işçiləri də işdən çıxarmaqla hədələyir. Səbəbi də budur ki, ona pul verilməlidir. İşçilərdən rüşvət tələb edir».

Beyləqan sakini bildirir ki, AVİA Hidrometrologiya idarəsinin rəhbərinin fəaliyyəti yoxlanılarsa, daha ciddi faktların üzə çıxması mümkündür. Onun sözlərinə görə, rəsmi qurumlardan bunu tələb etmək üçün onlara müraciət ünvanlayacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.