backend

Türkiyəyə Afrindən pis xəbər - PKK-ya kömək gəlir - TƏCİLİ!!!

Türkiyəyə Afrindən pis xəbər - PKK-ya kömək gəlir - TƏCİLİ!!!
İŞİD terrorçuları Afrin əməliyyatlarında PYD/PKK qüvvələrinə dəstək olmaq məqsədilə bu bölgəyə gəlirlər.

Bu barədə ASO-nun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında deyib.

O, Afrin həbsxanalarından azadlığa buraxılan İŞİD-çilərin türk ordusuna qarşı vuruşduğunu bildirib:

“PKK ABŞ-ın dəstəyi ilə Rakkada nəzarəti ələ keçirəndən sonra burada büro yaradıb. Xeyli sayda İŞİD üzvünə PKK-nın tərəfinə keçmələri qarşılığında cəzadan qurtula biləcəkləri və adlarının terrorçular siyahısından çıxarılacağı vəd edilib. Hətta onlara tanınmış İŞİD-çilərin xilas ediləcəyi barədə də söz verilib. Seçim şansları olmayan terrorçular bu təkliflə razılaşıblar. Onlar da öz ölkələrindəki İŞİD-çilərə mesaj göndərərək, silahdaşlarını PKK-ya qatılmağa çağırırlar”.

Komandirin sözlərinə görə, İŞİD-çilərin PKK sıralarına qatılmasından sonra bombalı hücumlarda sayı artıb:

“PKK-çılar həmin İŞİD üzvlərindən bomba, bombalı maşın hazırlamağı öyrəniblər. Bir müddətdir ki, sözügedən ərazidən bomba yüklənmiş nəqliyyat vasitələri ilə bağlı problemlər yaşayırıq. İki həftə əvvəl terrorçular bomba yüklənmiş motosikletlə məni hədəfə almışdılar. Hələ də müalicə olunuram”.(axar.az)