backend

Türkiyə tankı vuruldu — 5 hərbçi şəhid oldu

Türkiyə tankı vuruldu — 5 hərbçi şəhid oldu














Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 5 türk hərbçisi həlak olub.
"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrinin şimal-şərqində yerləşən Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.