backend

Türkiyədə etirazçılarla azərbaycanlılar arasında dava düşüb: 15 yaralı - FOTO

Türkiyədə etirazçılarla azərbaycanlılar arasında dava düşüb: 15 yaralı - FOTO

Hadisə yerinə əlavə jandarma və polis qüvvələri cəld edilib.

Türkiyənin Iğdır şəhərində Kobanidəki hadisələri etiraz edən bir qrupla azərbaycanlılar arasında dava düşüb.

qaynarxett.az-nun ANS PRESS-ə istinadən məlumatına görə, nümayişçilər bələdiyyə meydanına yürüş etmək istəyib. Bu zaman polis qüvvələri aksiyaçılara müdaxilə edib və toqquşmalar olub.

Toqquşmalara zamanı nümayişçilərin polislərə atdığı daşlar Azərbaycan vətəndaşlarının iş yerlərinin pəncərələrinə dəyib və şüşələri qırılıb. Nəticədə azərbaycanlılarla nümayişçilər arasında mübahisə düşüb, daha sonra isə hər iki tərəf əlbəyaxa olub. Bir-birlərinə qarşı daş və dəyənəklərdən istifadə ediblər. Kütləvi dava zamanı 15 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə Iğdır valisi Davut Haner gəlib dava müdaxilə etsə də bu da heç bir nəticə verməyib. Belə olan təqdirdə hadisə yerinə jandarma və polis qüvvələri cəld edilib.

Kütləvi dava zamanı yaralananlar Iğdır Dövlət xəstəxanasına aparılıb.