backend

Türkiyədə iğtişaşlar: Ölənlərin sayı 28-ə çatıb - FOTO + VIDEO

Türkiyədə iğtişaşlar: Ölənlərin sayı 28-ə çatıb - FOTO + VIDEO






















Polisə atəş açılıb.

Türkiyədə bir neçə gün əvvəldən başlamış iğtişaşlar davam edir.

qaynarxett.az xəbər verir ki, APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Qaziantepdə baş vermiş iğtişaşlarda 4 nəfər ölüb, 20-dən çox şəxs isə yaralanıb.

Polis şəhər mərkəzini barrikadalarla bağlayıb, mağaza və iş yerlərini dağıdan qruplara bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onları dağıtmaq üçün gözyaşardıcı qaz və su şirnağından istifadə edib.

Dünən Bingöl Polis İdarəsinə də silahlı hücum olub. Hadisə nəticəsində 2 polis həlak olub, ikisi isə yaralanıb.

Hadisədən dərhal sonra Bingöl polisi araşdırmalara başlayıb. Bingölün Gənc qəsəbəsi yaxınlığında isə bir maşın polisin saxlama əmrinə tabe olmayıb. Maşından polisə atəş açılıb və iğtişaşçılarla polis arasında atışma baş verib.

Hadisə nəticəsində 3 nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir. İğtişaşçılardan ikisi isə sağ ələ keçirilib.

Polisə atəş açılan maşında olanların Bingöl Polis İdarəsinə silahlı hücum edənlərlə əlaqəsi də araşdırılır.

Mardində də iğtişaşlar zamanı ölən iki nəfərin yasından dönən bir qrup polis idarəsinə hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Mersində isə baş vermiş iğtişaşlarda polisə atəş açıldı. Nəticədə 4 polis yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Rəsmi məlumatlara görə, bu günə qədər 27 şəhər mərkəzində və 68 rayonda iğtişaş baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 170 polis nəfəri yaralanıb, 217 nəfər saxlanılıb.

Qeyd edək ki, son bir neçə gündə İŞİD-in Suriyanın Kobani rayonuna hücum etməsinə Türkiyənin müdaxilə etməməsi bəhanəsi ilə PKK terror təşkilatının tərəfdarları Türkiyənin əksər şəhərlərində iğtişaşlar törədirlər.

Türkiyədə iğtişaşlar: Ölənlərin sayı 28-ə çatıb - FOTO + VIDEO

Türkiyədə iğtişaşlar: Ölənlərin sayı 28-ə çatıb - FOTO + VIDEO