backend

Afrindən acı xəbər - Bütün TÜRKİYƏ ŞOKDA - Son dəqiqə!!! (Yenilənir)

Afrindən acı xəbər - Bütün TÜRKİYƏ ŞOKDA - Son dəqiqə!!! (Yenilənir)

Afrində 11 türk əsgər şəhid olub — 1 gündə + YENİLƏNİB

Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatında bildirilir. Rəsmi məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.

***

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında şəhid olan türk əsgərlərinin sayı 7 nəfərə çatıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, əsgərlərdən 2-i helikopterin vurulması nəticəsində şəhid olub. Bundan əlavə, daha 5 əsgər şəhid olub.

Əməliyyat zamanı yaralanan hərbçilərin də sayı artıb. Belə ki, son məlumatlara görə, hərbi əməliyyatlarda daha 9 türk əsgəri yaralanıb.

Hərbi əməliyyatlar zamanı 26 terrorçu zərərsizləşdirilib.