backend

Epilepsiyalı qadın relslərin arasına düşdü, qatar üstündən keçdi — Bakı metrosunda qorxulu anlar

Epilepsiyalı qadın relslərin arasına düşdü, qatar üstündən keçdi — Bakı metrosunda qorxulu anlar














Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.
Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "Ölkə.Az"a verdiyi məlumata görə, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”, - deyə Nəsimi Paşayev bildirib.
Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.