Məşhur şirkət unikal modelini təqdim etdi — Qiyməti və parametrləri açıqlanıb
454
Çinin texnologiya nəhəngi Xiaomi Hindistanda Redmi Note 5 Pro-nu təqdim edib. AZTB.info xəbər verir ki, unikal xüsusiyyətləri və qiyməti ilə böyük marağa səbəb olacaq smatfon tezliklə Azərbaycanda da satışa çıxarılacaq.
RedMi Note 5 Pro-un əsas üstünülüyü Snapdragon 636 prosessoru ilə təchiz edilməsidir. Adreno 509 qrafik kart dəstəkli smartfon cüt kamerası sayəsində də diqqətləri özünə çəkəcək.
RedMi Note 5 Pro-nun xüsusiyyətləri: 5.99 düym, 18:9, 2160x1080 FHD+ ekran Qualcomm Snapdragon 636 prosessor Adreno 506 GPU qrafik kart 3GB/4GB/6GB RAM 32GB/64GB daxili yaddaş F/2.2 diapazonlu 12MP və f/2.0 diapazonlu 5MP arxa kamera 20MP Sony IMX376 ön kamera 4000 mAh batareya
Qeyd edək ki, Xiaomi Redmi Note 5 Pronun qiyməti seçdiyiniz modelə görə dəyişəcək. 3 və 4 GB RAM versiyaları təxminən 220 dollar, 6 GB RAM versiyası isə 265 dollara satılacaq. Bütün xərcləri nəzərə alsaq, bu modelin Azərbaycanda 600-700 manata satılacağını güman etmək olar.