backend

YAP-dan müxalifətin birgə aksiyasına ŞOK PRAQNOZ: “Onlar yığa biləcəyi adamların sayı 800-900 nəfəri ötməyəcək”

YAP-dan müxalifətin birgə aksiyasına ŞOK PRAQNOZ:  “Onlar yığa biləcəyi adamların sayı 800-900 nəfəri ötməyəcək”

Bu günlərdə Milli Şura, AXCP və Müsavat Partiyasının birgə aksiya keçirəcəyi ilə bağlı informasiyalar dolaşmaqdadır. Hansı ki, bəzi müxalif siyasilər bu təşkilatlaırn birgə aksiyasının kifayət qədər izdihamlı olacağı qənaətindədir.

Maraqlıdır, xalqın müxalifətin birgə aksiyasına ciddi dəstək verməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov xalqın bu aksiyaya dəstək verməyəcəyini vurğuladı:
YAP-dan müxalifətin birgə aksiyasına ŞOK PRAQNOZ:  “Onlar yığa biləcəyi adamların sayı 800-900 nəfəri ötməyəcək”
“Xalq əsla onlara dəstək verməyəcək. Onlar heç vaxt xalq tərəfindən dəstək qazanmayıblar. Onların sosial bazası, elektoratı yoxdur. Onlar xaricdən maliyyələşən siyasi təşkilatlardır. Xaricdən onlara nə tapşırıq verirlərsə, həmin tapşırığı yerinə yetirirlər. Əgər xaricdən onlara tapşırıq verilsə ki, gedin seçkidə iştirak edin, seçkidə iştirak edəcəklər. Bu təkilatların başında təmsil olunan şəxslər öz ciblərinin, maraqlarının, bir də xaricdəki himayədarlarının maraqlarını qoruyurlar. Baxın, bu vaxta kimi hər kimsə AXCP-də Əli Kərimlinin əleyhinə çıxış edibsə, dərhal partiyadan uzaqlaşdırılıb. Bir partiya ki, ö daxilində demokratik seçki keçirə bilmir, o, hansı seçkidən danışa bilər?
Xalq bütün bunları görür və xalq onlara heç bir dəstək verməyəcək. Onlar aksiyaya öz qohum-əqrabalarını, bir az da pul ilə müəyyən sayda adam yığa bilərlər. Onlar yığa biləcəyi adamların sayı 800-900 nəfəri ötməyəcək”.