backend

SON DƏQİQƏ ACIQLAMASI:“Zeytun budağı” ƏMƏLİYYATI: Türkiyədən 41 ŞƏHİD... - Rəsmi

SON DƏQİQƏ ACIQLAMASI:“Zeytun budağı” ƏMƏLİYYATI: Türkiyədən 41 ŞƏHİD... - Rəsmi

SON DƏQİQƏ ACIQLAMASI:“Zeytun budağı” ƏMƏLİYYATI: Türkiyədən 41 ŞƏHİD...


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi “Zeytun budağı” əməliyyatı müddətində 41 türk hərbçisi həlak olub.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir əlavə edib ki, əməliyyatlar zamanı Azad Suriya Ordusunun 116 üzvü də həlak olub.

Bu müddət ərzində Afrin ətrafında 615 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

qaynarxett.az