backend

İŞİD futbol çempionatı keçirəcək

İŞİD futbol çempionatı keçirəcək

















Bütün dünyanın diqqət mərkzində olan İŞİD terror təşkilatı dünyaya yenə meydan oxuyub.

Təşkilat üzvləri ayın sonuna kimi Liviyada öz futbol çempionatlarını keçirəcəklərini deyiblər.

İŞİD çempionat xəbərdarlığını “Alfajer” televiziya kanalı ilə elan edib. “Çempionatlar Liviyanın Derna şəərində olacaq. Təhlükəsizliklə bağlı dəqiq tarix açıqlanmır. Çempionata Əfqanıstan, İraq, Misir, Suriya və Liviya futbolçuları qatılacaq”.

Məlumata görə, oyunçuların çoxu İŞİD-a qatılmadan öncə peşəkar futbolçular olub. Terror təşkilatı millitanları çempionatın qaydalarının fərqli olacağını deyiblər: “Şəriət qaydalarına uyğun yeni qaydalarımız olacaq”.

Çempionatın terrorçu təşkilatçıları bununla da İŞİD-ın fəaliyyətini cazib vəziyyətə gətirməyi, yeni üzvləri toplamağı qarşılarına məqsəd qoyublar.