backend

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ GÖZƏLÇƏLƏR ÜÇÜN FİTNES KLUBU

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ GÖZƏLÇƏLƏR ÜÇÜN FİTNES KLUBU

Yusif Yusibov Gəncə Dövlət Universitetinə rektor keçdikdən sonra universitetdə "alayarımçıq" kadrlara böyük səlahiyyətlər verilib.Görəsən bu "lalları, korları, şilləri" rektor haradan tapır? Bəlkə, Yusif müəllim ürəyiyumşaq, insanpərvər olduğundan bu "alayarımçıq" kadrlara ürəyi yanır?

Belə yüksək səlahiyyət sahiblərindən biri də Xəqani Umudovdur. O, özünün dediyi kimi "universitetin nəznində fəaliyyət göstərən departament sədri"dir. Lakin əslində Xəqani bəy sadəcə idman klubunun rəhbəridir.Xəqani bəyin universitetdə tədris və təlim-tərbiyə işlərinə heç bir aidiyyəti yoxdur. Lakin, nədənsə rektor II və III tədris binalarında müəllim və texniki işçilərin işə davamiyyətini yoxlamağı ona həvalə edib.Qeyd edək ki,Xəqani bəyin nitqi qüsurludur, yəni pəltəkdir, loqopedə ehtiyacı var.O, öz adını hıqqıldaya-hıqqıldaya güclə deyir,o da qala yoxlama zamanı kiminsə adını deyə.

Təsəvvür edin,Xəqani bəy əlində işçilərin siyahısı ilə hər hansı bir kafedraya daxil olur.Bu siyahını kəkələyə-kəkələyə çox sərt qaydada yoxlayır. Mədəniyyəti yoxdur ki,müəllimlərin adlarını yoxlayarkən, adlardan sonra müəllim sözünü əlavə etsin.Məsələn,Nigar müəllimə,Teyyub müəllim ,Fatma müəllimə və s.Elə bil ki,türmədə dustaqları yoxlayır. Belə yoxlama bir kafedrada gün ərzində bir neçə dəfə və hər dəfə də təqribən yarım saat çəkir.Allah eləməmiş, əgər kimsə işə gecikibsə ,Xəqani bəy amiranə şəkildə əmr verir: "Gəlsin ikinci binaya, mənim kabinetimə. Orada qeydiyyatdan keçsin. Gəlməsə iş gününü kəsəcəyəm, akt bağlayacağam". Görəsən bu hakimi-amir kimə arxayındır ki, belə "göynən gedir?"

Xeberman.com-a daxil olan məlumatda bildirilir ki, Universitetin ikinci tədris binasının həyətində külli miqdarda pul bahasına başa gələn müasir futbol meydançası elə bil Xəqani bəyə babasından qalıb. Universitetdən kənar şəxslərin bu meydançada futbol oynaması üçün "departament müdiri" xüsusi qiymət qoyub. 2 saat üçün 15 manat. Yaxşı gəlir yeridir. İki-üç il bundan qabaq sınıq-salxaq "09-Jiquli" maşını olan Xəqani bəy özünün dediyi kimi "departament müdiri" olduqdan

bir il sonra "Nissan Teana", bundan bir il keçməmiş isə "Mersedes ML" cip maşını alıb. Görəsən, bu maşınlar hansı pullarla alınıb? Onun II tədris binasında iki-üç darısqal otaqda yaratdığı "fitnes klubu"na universitetin əməkdaşları buraxılmasa da bu klub şəhərin gözəlçələrinin əyləncə mərkəzinə çevrilib. Xəqani bəyin kabinetində stolun üstündə bu xanımlar üçün meyvə-ləbləbi stolu həmişə hazırdır.Onun kreslosu isə "şah taxtı" na bənzəyir. İş vaxtının sonuna yaxın bu kluba elə gözəl xanımlar yığışır ki,gəl görəsən. Fevral ayının 17-də saat 19 radələrində Xəqani bəy universitetdə əyani təhsil alan Məmmədova Günay ilə şəhərin mərkəzində yerləşən "Kür-Araz Əyləncə mərkəzi"ndə 11 nömrəli kupedə kef məclisi qurubdur. Stolun üstündə nələr yox idi: bahalı şampan şərabı, balıqlar, ekzotik meyvələr, çərəzlər....Xəqani bəy və Günay xanım heç kimdən qorxmadan və çəkinmədən kef məclisinə öz şəxsi maşınları ilə gəliblər.Onların maşınlarının nömrələri isə 90-TC-726 və 20-DC-226 kimidir. Bunu isə həmin obyektin işçiləri təsdiq edə bilərlər. Məmmədova Günay universitetin "musiqi müəllimliyi" ixtisasının əyani şöbəsində III kursda oxuyur.Dəfələrlə tyutorlar və kafedranın müəllimləri bu xanım qızın dərslərdə iştirak etməməyi ilə bağlı orda-burda şikayətləniblər ki, belə olmaz, bu qız dərslərə girmir, nə vaxt baxırıq Xəqani bəyin fitnes klubundadır. Bu xanım əyani oxuya-oxuya, qeyri-qanuni olaraq Gəncə şəhəri 1 saylı orta məktəbində tam stat üzrə musiqi müəllimi işləyir. Buna isə universitetin rəhbərliyi göz yumur.Axı xanımın arxasında Xəqani bəy durur.Onun bütün imtahanlarında Xəqani bəyin köməyi ilə yüksək qiymətlər yazılır və bu xanım hətta tələbə təqaüdü alır. Bundan başqa , Xəqani bəy İnformatika kafedrasının xanım müəlliməsi ilə də buranın və digər əyləncə məkanlarının daimi sakininə çevrilib.

Xəqani bəyin tamahı o qədər itidir ki,bir əldə iki yox, üç qarpız tutmaq istəyir.Belə ki, indi də o, abituriyent , magistr, dövlət qulluğu, müəllimlərin işə qəbulu və kompüterlə bağlı hazırlıq kursları təşkil etmək istəyir.Maraqlı burasıdır ki, lisenziyası olmayan bu hazırlıq kursları universitetin III tədris binasında təşkil olunur.Bu tədris binasında təhsil alan xarici dili fakültəsinin tələbələri üçün dərs keçməyə otaq çatışmır, amma buna baxmayaraq dərs otaqlarını Xəqani bəy zəbt edib,dövlət müəssisəsinin əmlakından şəxsi qazanc götürmək məqsədi ilə geniş istifadə edir.Aldığımız dəqiq məlumata görə, bu özəl hazırlıq kurslarına universitetin iki yüksək vəzifəli şəxsi də şərikdir.Ona görə də III tədris binasında yerləşən bu kurs həmin şəxslər tərəfindən texniki avadanlıqlar,notbooklar və mebellərlə təmin olunub.

Xəqani Umudov əslində özünün dediyi kimi "departament müdiri" yox, sadəcə idman klubunun rəhbəridir.Xəqani bəy GDU-nun idman ixtisasını bir neçə il bundan qabaq güc-bəla ilə bitirib,magistr təhsili yoxdur.Bir saat da olsun belə dərs keçməyib, müəllimlik işi ilə ,ümumiyyətlə, əlaqəsi yoxdur. Bu adam qeyri-qanuni olaraq qabaqcıl bədən tərbiyəsi və idman işçisi fəxri adını alıb.Amma təlimata görə həmin fəxri ad ən azı 25 il iş stajı olan şəxsə verilə bilər.Xəqani bəyin işi günün müxtəlif saatlarında, bir neçə dəfə tədris binalarında əlində bir dəftər işçiləri və müəllimləri yoxlamaqdır.Maraqlıdır, idman klubunun işlərini görəsən kim görür? Respublikamızın əksər ali məktəblərində bu klub idman kafedrasının daxilindədir,amma GDU-da ayrıca şöbə kimi fəaliyyət göstərir və bu işləri yerinə yetirməsə də belə bu vəzifənin maaşını Xəqani bəy Umudov alır.