backend

AQİL SƏMƏDBƏYLİ: "Vicdansız olub yetim haqqı yeməkdə..."

AQİL SƏMƏDBƏYLİ: "Vicdansız olub yetim haqqı yeməkdə..."

" Haqsızlığa etiraz" -Aqil Səmədbəylinin yazısı

1993-cü ildən bəri bir illik Milli iqtidara, AXC-Müsavat iqtidarına qarşı haqsız, yalan, böhtan dolu kütləvi təbliğat hələ də davam edir.

Bunlara ən gözəl cavabı Zaman verəcək-Zaman öz hökmünü yaman verəcək.
AXC-Müsavat iqtidarını idarəetmədə səriştəsizlikdə günahlandırmaq olar.
Vicdansız olub yetim haqqı yeməkdə səriştəsiz idilər...
Allahsız olub Qul haqqı yeməkdə səriştəsiz idilər...
Şəhid ailələrinin haqqını yeməkdə səriştələri sıfırdı...

Yenicə bağımsızlığını qazanmış Dövlətimizdə milli kadr yetişdirən neçə universitet vardı ki, öz professional kadrlarımız-bürokratlarımız ölkəmizi lazımınca idarə edərdi...
Sovet dönəmində yetişmiş kadrların-hansı ki, onlar guya professional idilər-99 faizi çevrilişə doğrudan ve ya dolaylı dəstək verdilər.
Cəmi bir ildə borc içində təslim alınmış dövlətin:
1. Dörd aylıq keçmiş borcları ödəndi;
2. Müəllimlərin maaşı üç dəfə artırıldı;
3. Digər maaşlar 114 faiz artırıldı;
4. Tehsil islahatı ilə kasıb uşaqlarının üzünə ali məktəblərin qapısı açıldı;
5. 75 minlik işğalçı rus ordusu Azərbaycandan çıxarıldı;
6. Kürü istehsalı 2 tondan 30 tona çıxarıldı və bir çox xəstəxanalarda xəstələrə pulsuz kürü verildi;
6. Milli Dəniz Donanması quruldu;
7. Milli Manatımız dövriyyəyə buraxıldı ve qısa zamanda Qafqazın valyutasına çevrildi.Rəsmi kurs 1 manat=10 rubl olsa da, qara bazarda 1 manatımız 13 rubl olaraq dəyər görürdü.
8. Milli mətbuat formalaşdı;
9. Dilimiz haqqında qanun qəbul edildi, Stalin tərəfindən əlimizdən alınan Ana dilimizə qovuşduq.
10. Ağdərə işğaldan azad edildi;
11. Xocavənd işğaldan azad edildi;
12. Gədəbəyin Başkənd qəsəbəsi ermənilərdən təmizləndi;
13. Sərsəng su anbarı ordumuzun tam nəzarətinə keçdi;
14. "Laçın dəhlizi" ordumuzun nəzarətinə keçdi ve Ermənistanla Dağlıq Qarabağın əlaqəsi kəsildi;
15. Cəmi bir ildə hem maaşları artır, hem müharibədə uğur əldə et, həm de borclu təhvil aldığın büdcəyə 210 milyon dollar ehtiyat topla!!!
Bunu dünyada heç bir Lider, heç bir iqtidar bacarmayıb!

16. Milli Ruhun şahlanışı baş verməktəydi ki, tam da bu dönəmdə bütün daxili və xarici düşmənlər bu hakimiyyətə qarşı birləşdilər:
a)Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya Moskvaya göndərdiyi teleqramda yazırdı:
-Əgər Elçi Bəy üç il də iqtidarda qalarsa;
1. Türkiyə tipli bir Ordu quracaq;
2. Çox güclü iqtisadiyyata sahib olacaq;
3. Tam bağımsız olacaq ve ətrafındakı ölkələrə də nümunə olacaq;
4. Rusiya bütün Qafqazı itirəcəkdir. Təcili tədbir görülməlidir.

Təkcə bu teleqram belə tək başına Elçi Bəy iqtidarının nə qədər başarılı olduğunu görmək üçün kifayətdir. Mən hələ Amerika, İngiltərə, İran ve Süleyman Dəmirəli geniş yazmıram.Kitabda bu barədə geniş yazmışam.
Vətənini. torpağını canından çox sevən, bütün həyatını Vətəninə ve Millətinə fəda edən İnsana, Ebülfəz Elçi Bəyə əgər hələ də şər atan aşağılıklar varsa, hələ də bu aşağılıklara meydan verən xəbərçilər varsa, deməli hələ bizim xalqımız zalımların zülmünə düçar olmağa davam edəcək...
Haqq ilə nahaqqı bir-birindən ayıra bilməyənlərə yazıklar olsun!
Haqqı bir parça çörəyə satanlara yazıqlar olsun!
Şərəfini mədəsinə satanlara yazıqlar olsun!
Bütün Şəhidlərimizi sayqıyla-sevgiylə yad edirəm!

PS:Müstəqil olan qəzet ve saytlar bu yazımı yayınlaya bilərlər.

Qaynarxett.az