backend

Xocalı qatili rəsmən işsiz qaldı

Xocalı qatili rəsmən işsiz qaldı














Ermənistan Prezidenti Armen Sərkisyan vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Andiçmə mərasimi Dəmirçiyan adına idman konsert kompleksində baş tutub. Sərkisyan konstitusiya kitabı və VII əsrə aid İncilin üzərinə basaraq and içib. Bununla da Serj Sərkisyanın prezidentliyi dönəmi başa çatıb.

Qeyd edək ki, Serj Sərkisyan 2008-ci ildən Ermənistan prezidentidir. Onun hakimiyyəti dönəmində Ermənistanda iqtisadi böhran pik həddə çatıb, dövlət borcu 6 milyard dolları keçib, demoqrafik böhran kəskinləşib, miqrasiya artıb.

Sərkisyan Ermənistan prezidentliyinə 1 mart qırğını sayəsində gəlib. Belə ki, o, prezident seçildikdən sonra ölkədə Levon Ter Petrosyanın rəhbərliyi ilə müxalifətin mitinqi keçirilib. Hökumət isə bu mitinqi dağıtmaqdan ötrü kütləyə odlu silahdan atəş açmaq əmri verib, nəticədə 8 dinc sakin həlak olub, 230 nəfər yaralanıb.

Sərkisyan əslən Azərbaycanın işğal edilmiş Qarabağ ərazisindəndir. O, Xocalı soyqırımının aktiv iştirakçılarındandır.