backend

Total-ın prezidentinin ölümünə sərxoş sürücü səbəb olub

Total-ın prezidentinin ölümünə sərxoş sürücü səbəb olub





















Aeroportun bir sıra əməkdaşlarını tutduqları vəzifədən azad olunmaları barədə qərar qəbul edilib.

Rusiya müstəntiqləri iddia edirlər ki, Vnukovo aeroportunda fransız neft şirkəti Total-ın prezidentinin olduğu Falcon-50 yüngülmühərrikli təyyarənin toqquşduğu qartəmizləyən avtomobilin sürücüsü sərxoş olub.

qaynarxett.az bu barədə BBC-yə istinadən xəbər verir.

“Qartəmizləyən maşının sürücüsünün sərxoş olduğu artıq müəyyən dilib.bundan başqa çox güman ki, aeroportun bir sıra əməkdaşlarının istintaq aparıldığı müddət ərzində tutduqları vəzifələrdən azad edilmələri barədə qərar da qəbul ediləcək”, rusiya agentlikləri İstintaq komitəsinin nümayəndəsi Vladimir Markinin sözlərindən sitat gətirirlər.

Falcon-50 yüngülmühərrikli təyyarə Vnukovo aeroportunda ikinci gün gecə qəzaya uğrayıb. Dörd nəfər həlak olub, onların sırasında Total-ın prezidenti Kristof de Marjeri də olub.

Ehtimal edilir ki, təyyarənin qəzaya uğramasına səbəb uçuş xəttində qartəmizləyən maşın ilə toqquşması olub.