backend

Yeni təyinatların intizarında...

Yeni təyinatların intizarında...














Vətən darda olduğu zaman onun sadə vətəndaşı da, həkimi də döyüşçü olmalıdır

Ölkəmizdə hamının gözlədiyi kimi kadr dəyişikliyinə start verildi. Bu gün bir neçə nazir postuna təyinatlar və dəyişikliklər Prezidentin növbəti qərarlarının necə olacağı barədə suallar yaradır. Ən azından barəsində qərar verilməyən bir sıra nazir postları hamını düşündürür...
Xalqın, bəzi nazirlərin dəyişdirilməsi ilə bağlı yaranmış tələblərə Prezident qərarları ilə cavab verməkdədir. Narazilıq çoxluq təşkil edən sahələrdə aparılan kadr islahatı, yeni seçkinin növbəti gedişlərinin necə olacağına da aydınlıq gətirilməsini labüd edir.
Axı sosial sahədə insanların problemlərini həllini vacib sayan cənab prezidentin təhsilimiz və səhiyyəmizin problemlərinin həlli üçün də dəyişikliyə imza atacağı heç kimdə şübhə yaratmır.

Yeni təyinatların intizarında...


Təhsil naziri postu bir neçə aydır ki, boşdur və maraqlıdır ki, hökumətin yeni tərkibində ilk sırada məhz yeni təhsil nazirinin kimliyinə aydınlıq gətiriləcəyi gözlənilsə də dövlət başçısı cəmiyyəti bir az da intizarda qoymaq yolu tutdu. Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması, postunun boş qalması və bu günə qədər təyinatın olmaması gözləntiləri doğrultmadı. Bu ötən zaman çərçivəsində ehtimal edilən namizədlərin nazir postuna gətirilməməsi və yeni təyinatın uzanması prosesi, növbəti fikirləri ortaya qoymuiş oldu. Hamı kimi mətbuat da irəli sürülən adların nazir olacağı ehtimalları üzərindən xətt çəkmiş oldu. Amma artıq seçki bitdi və qalib məlumdur. Belə olan halda Təhsil nazirinin də kimliyinə aydınlıq gələcəyinə şübhə qalmayıb. Azərbaycanın demokratik cəmiyyətə meylli olduğu bir dönəmdə namizədin də keçmiş təhsil üslubuna üstünlük verməyən biri olacağı məlumdur. Qərb və ya inkşaf etmiş təhsil sistemini görmüş və bilən adamın təhsil naziri postuna təyinatının zamanı artıq yetişib.

Yeni təyinatların intizarında...


Realliqinfo.org qeyd edir ki, Təhsil nazirinin kimliyinə aydınlıq gətirilməsi düşünülən bir zamanda daha bir suala da cavab tapmaq zorunda qalmışıq. Ölkənin hazırda müharibə şəraitində olması və səhiyyəmizə yaranmış etimadsızlıq yeni dünyanın tələblərinə cavab verən Azərbaycan üçün sorunlar yaratmamış deyil. Axı azından səhiyyənin inkşafının vacib şərtə çevrildiyi dönəmdə, narazılıqların artmasına biganə qalacaq qədər geriləmiş siyasətə inanmırıq.

Belə olan halda bir çoxları Oqtay Şirəliyevin öz kreslosunu qoruyacağını iddia etsə də dövlət başçısı fərqli yol tutmaqla əslində ölkənin baş həkiminin fəaliyyətindən razı qalmadığını ifadə etmiş oldu. Ona görə də artıq onun da yola salınanlar arasında olacağı ehtimalı artmağa başlayıb. Ancaq onu kimin əvəz edəcəyi məsələsi çox önəmlidir və nəzərə alsaq ki, məmləkət insanı ölkə səhiyyəsindən çox narazıdır, bu baxımdan yeni nazirin kimliyi, peşəkarlıq dərəcəsi, millətin sağlamlığı keşiyində hansı kriteriyalarla dayanacağı məsələsi aktuallıq kəsb edir...

Yeni təyinatların intizarında...


Amma maraqlı dairələr öz kadrlarını önə çəkməkdə fəallaşıb. Yeni nəsil, lakin təcrübəsiz, ölkənin maraqları baxımından cavabdehlik daşıya biləcək həkimlərin təbliğatı dərin düşünənlərin ümidlərini alt – üst edə bilər.

Realliqinfo.org - adaxil olan məlumatda bildirilir ki, hamıya yaxşı tanış millət vəkili, məşhur ürək cərrahı Rəşad Mahmudovun yeni nazir postunda əyləşəcəyini iddia edinlər az deyil. Onun cəmiyyətdə kifayət qədər nüfuza sahib olmasını əsas gətirən iddiaçılar R. Mahmudovdan yaxşı səhiyyə naziri ola biləcəyini deyirlər. Biz də Mahmudovun ürək cərrahı kimi tanınmş olmasına və işinin öhdəsindən layiqincə gəldiyinə şübhəmiz yoxdur. Yeni təyinatların intizarında...Amma tələbləri nəzərə alsaq, bu gün Azərbaycana bu mühüm sahəyə heçdə gənc vəya sahəsində parlayan birinin təyinatının yeni dünyanın tələblərinə cavab verəcəyini düşünmürük. Amma danmaq olmaz ki, Rəşad Mahmudovun təyinatı ölkə səhiyyəsinə uğur gətirməmiş olmaz.

Hazırkı nazir müavini Elsevər Ağayevin və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun da şanslarının ola biləcəyi dövriyyəyə buraxılan ehtimallar arasındadır. Hər iki şəxsin bu sahədə təcrübəsi var. Lakin qəbul olunan gerçəklik bəzən maraqlı şəxslərin ölkə maraqlarına xidmət etmədiyini gündəmə gətirir.

Yeni təyinatların intizarında...


Azərbaycan torpaqlarının işğal altında olması digər sahələr kimi səhiyyə sahəsinin də etibarlı əllərdə olmasını aktullaşdırıb. Bəslənən ümidlərin doğrulması üçün yeni və səhiyyə sahəsində təcrübəsi olan şəxsin önə çəkilməsini şərtə çevirdiyi bir dönəmdə, nisbi atəşkəs rejimini də düşünməyi labüd edir. Bu baxımdan daha bir namizədin adını önə çəkənlər özlərinin haqlı mövqelərini əsaslandırır.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin səhiyyə naziri postunda ən layiqli kadrlardan biri olduğunu iddia edənlər də az deyil.

Yeni təyinatların intizarında...


İddia edənlərin fikrincə, Dövlətin maraqları və səhiyyəmizin tibb sahəsində təcrübəli generala həvalə edilməsi əslində alqışlanan addım sayıla bilər. Nəzərə alsaq ki, son illərin ən uğurlu gedişi olan Aprel döyüşləri zamanı MN Tibb Baş İdarəsinin bütün personalının sərgilədiyi unikal fəaliyyət, səhra qospitallarına və Bakıdakı Mərkəzi Qospitala çatdırılan bütün yaralıların həyatının xilas edilməsi və bir dənə də əsgər-zabitimizin tələf olmaması general Natiq Əliyevin rəhbərliik etdiyi quruma cəmiyyətdə simpatiyanı birə beş artırıb.
Yeri gəlmişkən, təkcə cəmiyyət hərbi həkim personalımızdan razılıq etmir, elə Ali Baş Komandan İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva də MN Tibb Baş İdarəsinin son illərdəki fəaliyyətini çox yüksək qiymətləndiriblər. Bu azmış kimi Natiq Əliyev obrazlı desək, köhnə kadrdır və Heydər Əliyevin dövründən onun komanda üzvü kimi tanınıb və Ulu Öndər tərəfindən qiymətləndirilib. Bu baxımdan onun səhiyyə naziri postuna təyinat almasını istəyənlər çoxluq təşkil edir.

Onların fikrincə cəmiyyətin hərbiyə dəstək verdiyi bir zamanda hərbiçilərimizin həyatına daha çox diqqət ayıran prezidentimizin, onların sağlamlığı təminatı üçün verəcəyi qərar alqışlanacaq. Həmişə deyildiyi kimi, vətən darda olarkən onun vətəndaşı da, həkimi də döyüşçü olmalıdır.

Yeni təyinatların intizarında...


Amma təbii ki, bütün bu ehtimallar sadəcə cəmiyyətdən gələn siqnallardır və əsas söz sahibi bu təyinatları gerçəkləşdirən dövlət başçısıdır. Məhz o bütün bu məqamlara aydınlıq gətirəcək və o zaman dəqiq fikir, mülahizə yürütmək olacaq ki, təyinatlarda hansı kriteriyalar əsas götürülüb. Hələlik cəmiyyət intizarla yeni təyinatların sorağındadır.

Yeni təyinatların intizarında...