backend

“Total”ın yeni rəhbəri təyin edildi

“Total”ın yeni rəhbəri təyin edildi






















Keçmiş şirkət başçısı Rusiyada təyyarə qəzasında həlak olub.

Moskvada aviaqəzada faciəli şəkildə dünyasını dəyişən Krisof de Marjeridən sonra fransız neft şirkəti “Total”ın yeni rəhbəri neft emalı və neft kimyası şöbəsinin müdiri Patrik Puyanne təyin edilib.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, neft nəhənginin Direktorlar Şurasının yeni sədri Tyerri Demare olub.

Qeyd edək ki, Kristof de Marjeri Moskvanın Vnukovo hava limanında aviaqəzada həlak olub.

Prezidentin olduğu təyyarə qartəmizləyən maşınla toqquşub və yanıb.