backend

Türk ekspert: İŞİD Azərbaycana da hücum etmək istəyir

Türk ekspert: İŞİD Azərbaycana da hücum etmək istəyir






















Terrorçular ölkəmizədək gəlib çatmaq niyyətində olduqlarını bildiriblər.

Terrorçu “İŞİD” qruplaşmasının nümayəndələri Azərbaycanadək gəlib çatmaq niyyətində olduqlarını bildiriblər, lakin hazırda bu təhlükə ciddi deyil.

qaynarxett.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə tanınmış türkiyəli siyasi şərhçi Ekrem Güzeldere bildirib.

“Nəzəri baxımdan Azərbaycan İŞİD yaraqlılarının müdaxilə etmək istədikləri (terrorçularının özlərinin dediklərinə görə - red.) ölkələr siyahısındadır. Lakin respublikanın qruplaşmanın əməliyyat keçirdiyi yerlərdən coğrafi uzaqlığı, həmçinin arada olan məkanda böyük orduya malik bir neçə ölkənin yerləşməsi bu təhdidə şübhə ilə yanaşmağa imkan verir”, - deyə, eskpert bildirib.

“Hazırda mən narahatlıq üçün səbəb görmürəm”, - deyə, o, əlavə edib.