backend

Prezidentə meydan oxuyan icra başçısı da GEDİR... - Şon dəqiqə!

Prezidentə meydan oxuyan icra başçısı da GEDİR... - Şon dəqiqə!

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovin durumu gərgundur.


Bu barədə daxil olan məlumatda deyilir ki, İlqar Abbasov karyera dönəminin qürubuna yaxınlaşıb və yaxın günlərdə onunla bağlı da qərar veriləcək. Mənbənin söylədikləri:
13 ildir icra başçısı işləyən bu şəxs ölkə rəhbərliyinin etimadını doğrultmadı: Onu Əli İnsanova və yaxın çevrəsinə dəstək verməkdə "cək-cevir"ə
salıblar:"Paytaxt rayonları arasında Suraxanı ən geridə qalmışıdır desək, yəqin ki, səhv etmiş olmarıq. Bu rayon gözdən olduğu kimi, könüldən də uzaqdır. Məhz bu uzaqlığın nəticəsidir ki, Suraxanı rayonunun bütün qəsəbələrində acınacaqlı vəziyyət hökm sürür. Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır. Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsində, Suraxanının qəsəbələrinin bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı İlqar Abbasov göstərilir".

Hələ 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub. Nəticədə Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb. Yayılan məlumatda deyilir ki, bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsız şikayət məktubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunub. Bir məqama xüsusi toxunmaq istəyirik. İlqar Abbasov icra başçısı təyin olunandan bu günə kimi cənab prezident İlham Əliyev bu rayona nadir hallarda səfər edib. Bu isə o deməkdir ki, 13 il ərzində Suraxanı rayonunda İlqar Abbasov tərəfindən heç bir iş görülməyib.

" İlqar Abbasov hələ bir il əvvəl böyük BÜDCƏ VƏSAİTİ mənimsəməsinə görə "yuxarıların" hədəfi olmuşdu. Həmin ərəfədə yaxasını güc-bəla qurtaran RİH başçısına bu səfər net şəkildə "hazırlaş" xəbərdarlığı edilib".

Mənbə maraqlı bir faktı da açıqlayıb: "Bunu - gedəcəyini yaxşı bilən İlqar Abbasov artıq rayonda bir neçə obyekt sahibindən böyük həcmdə haqq tələb etməyə başlayıb. Təbii ki, qanunsuz pul tələbi ilə üzləşən sahibkarlar nəyin baş verdiyini başa düşmürlər. Onlara elə gəlir ki, başçının növbəti ənənəvi FƏALİYYƏTİ ilə üz-üzədirlər. Amma gedəcəyini anlayan Abbasov son səfərində daha çox qazancla yekun həmləsini yola verməyi qət edib".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Qaynarxett.az