backend

FƏZAIL İBRAHIMLI: MILLƏT VƏKILI GÜYA UTANDIĞINDAN SEÇICILƏRI ILƏ ĞORÜŞƏ BILMIR

FƏZAIL İBRAHIMLI: MILLƏT VƏKILI GÜYA UTANDIĞINDAN SEÇICILƏRI ILƏ ĞORÜŞƏ BILMIR
69 saylı Cəlilabad-Masallı- Biləsuvar seçki dairəsindən 10 ildir ki, millət vəkili seçilən Fəzail İbrahimli mətbuata verdiyi açıqlamsında özünü təmizə çıxarmağa çalışıb.

Qeyd edək ki, Fəzail İbrahimli bu 10 ildə 69 saylı dairə üzrə əhalinin problemlərinin həlli istiqamətində heç bir iş görməyib. Yalnız seçki konpaniys zamanı icra hakimiyyətinin göstərişi ilə müəllimlərdən həkimlərdən, və idarə müəsisə işçilərindən şadlığ evlərində təşkil edilən görüşlərdə ilk sözü bu olub. Mən bilirəm siz mənə sual edəcəksiniz ki, bu neçə ildə 69 saylı dairə üzrə nə kimi işlər görmsən. Xahiş edirəm mənə belə sual verməyin. Mən Azərbaycanı Avropada təmsil edirəm. Mən sosial işlərə baxmıram deməklə seçicilərin suallrının qarşısını bu yolla alaraq, yalnız özünə məxsus şeyirlərini deyərk seçicilərin başını qatmışdır.

Xüsusi ilə bunu demək lap yerinə düşər. Millət Vəkili F. İbrahimli bu günə kimi, bir dəfədə olsun seçildiyi dairə üzrə şəhid valideyinlərinin qapsını açmayıb. Nədə ki, şəhidin anm mərasimində iştirak etməyib. Bir sözlə F.İbrahimovun seçiciləri onu çraqla axtarır.

İndi isə utanmadan mətbuata açıqlama verərək bildirir ki o, seçildiyi dairə üzrə Göytəpə şəhərində, hazırkı vəziyyətdə dövlət proqramına əsasən çəkilən qaz xətlərinin çəklişində onunda böyük əməyi var. Halbuki, dəfələrlə Göytəpə şəhər sakinləri, F. İbrahimliyə məktubla müraciət etsələr də, cavb belə olub. Mən sizə qaz çəkənəm?

Fəzail İbrahimli: “Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır. Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki, qazla təmin etmək lazımdır.

Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”. /Modern.az/