backend

Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub






















Sakinlər təxliyyə edilib.

Bakıda yanğın hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nizami rayonu Əlif Hacıyev küçəsi 20 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Qubadlı rayonundan olan məcburi köçkün Qurban İmran oğlu Məmmədovun yaşadığı mənzildə baş verən yanğın nəticəsində ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzil yanar konstruksiyaları və içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı binada olan 20-yə yaxın sakin təxliyyə edilib.

“Naqildən qısaqapanma olub. Heç nə götürə bilmədik, hər şey yandı. Üç uşaq, həyat yoldaşımdı, bir də nənəm, bilmirəm harada qalacağıq”, - deyə Q.Məmmədov bildirib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov bildirib ki, yanğın saat 11:47-də baş verib: “Dərhal hadisə yerinə Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissənin maşınları və canlı qüvvəsi cəlb olunub. Qonşu mənzillər yanğınsöndürənlər tərəfindən mühafizə olunub, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. Hal-hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin təhqiqat qrupu araşdırma aparır. Yanğının səbəbləri aparılan araşdırma zamanı məlum olacaq”.

Hadisə yerinə çağırılan təcili tibbi yardım heyətindən bildirilib ki, tüstüdən zəhərlənən bir nəfərə hadisə yerində tibbi yardım göstərilib.