backend

İran İŞİD-lə təkbaşına mübarizə aparacaq

İran İŞİD-lə təkbaşına mübarizə aparacaq






















“İŞİD-i onlar özləri yaradıb, indi isə onu darmadağın etmək istəyirlər”.

Düşmənimin düçməni mənim dostumdur. “İslam Dövləti” radikal qruplaşma ilə mübarizəyə qaldıqda isə ABŞ və İran eyni tərəfdə olduqları görünür. Amma, Hassan Rohani İranın prezidenti olan kimi iki dövlət arasında münasibətlər bir qədər korlandı, İŞİD ilə bərabər mübarizəyə iş gedib çatmadı

qaynarxett.az Euronews-a istinadən xəbər verir ki, İran cihadçılar ilə müstəqil mübarizə apararkən, eləcə də İraqa yardım edərkən regional lider rolunu oynayır. Bu günlərdə İraqın baş naziri hayder əl-Abadi Tehranda bu məsələni Hasan Rohani ilə müzakirə edib.

Amma İranın yaxınşərqdə oynadığı bu rolu Ərəb körfəzi ölkələri , eləcə də İsrailin xoşuna gəlmir.

İranın ABŞ və avropa ölkələri ilə münasibətlərinin nizama salınmasında mane olaraq iranın nüvə proqramı qalır, bu məsələ üzrə danışıqlar 24 noyabrda imzalanacaq razılaşma ilə yekunlaşacaq.

İran parlamentiin beynəlxalq işlər üzrə komitə sədri Ələddin Euronews telekanalına müsahibə verəcək.

- Salam. Müsahibəmizi İran və ABŞ-ın ümumi düşməni - “İslam Dövləti ” qruplaşması mövzusundan başlayaq. Bu qrupu darmadağın etmək üçün iki dövlətin əməkdaşlığı mümkündürmü?

- Təssüf ki, ABŞ və onun regional partnyorları bu qruplaşmanın yaranmasında müəyyən rol oynayıblar. Biz onlarla demək olar ki, elə ilk gündən mübarizə aparmağa başladıq. Amerikalılar isə bu fəlakətə yalnız cihadçıların iki maerikalə jurnalisti qələ yetirdikdən sonra müdaxilə etməyi qərara aldılar. Onlar amerikaləların ictimai fikrinin təsiri altında mübarizəyə başladılar. Ona görə də biz bu qruplaşmanı yaradan indi isə onu dramadağın etmək istəyən ölkələrin daxil olduğu kolaisiyaya inanmamalıyıq. Ona görə də bu təzadı və inamın azlığını nəzərə alaraq, biz onlarla müastəqil şəkildə mübarizə aparırıq, amerikaləlar isə koalisiyə tərkibində mübarizə aparır.

- İarn-amerika münasibətlərindən danışaq. 35 ildən sonra “Boeing”şirkəti İrana təyyarə üçün ehtiyat hissələrini satmağa başladı. Bu sanksiyaların yumşaldılması və ya iran-amerika münasibətlərinin dəyişməsi deməkdir?

- Cenevrə razılaşması və əsasən də ABŞ danışıqları İran və ABŞ arasında eləcə də İran və Qərb arasında münasibətlərə təsir edib. Amma təssüf ki, regionda olduğu kimi, eləcə də Avropada, ABŞ-a təzyiq göstərən razılaşmaların əldə edilməsini v sanksiyaların ləğv edilməsini istəməyən ölkələr var. Belə ki, bizim “Boeing”lə ehtiyat hissələrinin satılması haqqında razılaşmanın əldə edilməsi bu danışıqların nəticəsidir. 24 noyabrda İran nüvə proqramına dair danışıqlarda nılərin baş verəcəyini gözləyək.

-Avropa və Rusiya arasında münasibətlər Ukrayna böhranına görə gərginləşdi, indi isə avropalılar ölkələrinə enerjidaşıyıcılarının çatdırılmasından narahatdırlar. İran Rusiyanı əvəz edərək Avropaya qaz çatdıra bilərmi?

- Avropanın İran qazı ilə təmin edilməsi barədə danışıqlar çoxdan gedir. Son ana qədər buna amerikalılar qarşı çıxırdı. Bilirsiniz ki, İranı Türkiyə ilə birləşdirirən qaz kəmərinin Avropaya qədər uzadılması ciddi mərhələdə idi, amma amerikalılar müdaxilə edərək bunu növbəti dəfə qarşısını aldılar. Və mən düşünürəm ki, Amerika siyasətinin əsas istiqamətləri dəyişməz qalıb.