Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şərəf” ordeni ilə
Balayev Rasim Əhməd oğlu
Mustafayev Vaqif Behbud oğlu
“Şöhrət” ordeni ilə
Əzizbəyli Ramiz Hacı Ağa oğlu
Quliyev Rafiq Səfər oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Quliyev Cəmil Elşad oğlu
“Tərəqqi” medalı ilə
Abbasov Şirvan Veyis oğlu Ağalarov Vaqif Mamo oğlu