backend

"Bu Manafa deyin az kişilikdən danışsın"- jurnalistdən Manaf Ağayevə çox sərt sözlər - FOTO

"Bu Manafa deyin az kişilikdən danışsın"- jurnalistdən Manaf Ağayevə çox sərt sözlər - FOTO

Mügənni Mətanət Əsədovanın məclislərdən birində araq içməsi iddiası ilə bağlı yaranmış qalmaqal səngimir.


Milli.Az bildirir ki, müğənni Manaf Ağayevin həmkarı Mətanət Əsədovanı videoya çəkən şəxsi "razborkaya çağıraraq diz çökdürdüyünü" söylədiyi iddia olunmuşdu.

Manaf Ağayevə şamil olunan açıqlama sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Mövzuya jurnalist, xeberal.az saytının baş redaktoru Mirismayıl Xələfli də qatılıb.

"Bu Manafa deyin az kişilikdən danışsın"- jurnalistdən Manaf Ağayevə çox sərt sözlər - FOTO
O, Facebook profilində yazıb: "Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə, get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!"

Milli.Az