backend

İrlandiyada gey öküzü kəsəcəklər

İrlandiyada gey öküzü kəsəcəklər


















“Ondan zatən heç bir xeyir yoxdur”.

Meyo qraflığından olan fermer inəklərə maraq göstərməyən Benji adlı öküzün davranışından şoka düşüb. Damazlıq olan öküz gey çıxıb. İndi sahibi onu sallaqxanaya aparmaq qərarına gəlib. Heyvan müdafiə cəmiyyəti etiraz edib, Mirror bildirib, qaynarxett.az xəbər verir.

Öküz Benji fermer tərəfindən qaramalın sayının artırılması üçün alınsa da o, qarşı cinsin nümayəndələrinə yaxın durmayaraq, erkək heyvanlar cəmiyyətinə üstünlük verir.

Fermer öncə Benjinin göz önündə cütləşməkdən qorxduğunu düşünüb, daha sonra isə onun homoseksual olduğunu aşkarlayıb.

“Homoseksual olmaq onun haqqıdır, amma ondan heç bir xeyir yoxdur, deyəsən onu sallaqxanaya aparmalı olacam”, heyvanın sahibi bildirib.

Fermer Benjini başqa öküzlə əvəz etməli olub. Hal-hazırda gey öküzün həyatı tükdən asılıdır. Zoomüdafiə təşkilatlarının nümayəndələri Benjinin həyatını xilas etmək üçün artıq fəaliyyətə başlayıblar.