Rusiya Azərbaycandan xahiş edir - Bu dəqiqə Ermənistana qarşı savaşa başlayın

4 040

Rusiya Azərbaycandan xahiş edir - Bu dəqiqə Ermənistana qarşı savaşa başlayın












İrəvanda baş verənlərdən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin dünən Bakıya səfər edib.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Faktor.az-a bildirib ki, Rusiya proseslerə müdaxilə edir. Əvvəlcə, Ermənistanı Azərbaycanla qarşı-qarşıya gətirməyə çalışdı və bu alınmadı. Azərbaycan ordusuna dəfələrlə atəş açıldı, hücuma cəhd edildi, ancaq Azərbaycan tərəf bunu soyuqqanlı qarşıladı, atəşə atəşlə cavab vermədi.
Rusiya yeni bir provakasiya hazırlayır, bu da Azərbaycanın Ermənistana hücumunu təşkil etməkdir.

Q. Hüseynli müharibənin başlamasının Azərbaycana təsirini isə belə qiymətləndirdi:

"Belə düşünürəm ki, indiki vaxtda Ermənistan üzərinə hücum risklidir. Rusiyanın bu məsələdə hansı mövqe tutduğu isə bilinmir. Bütün dünya hal-hazırda Ermənistanda baş verənləri alqışlayır və o xalqın tərəfindədir. Əgər biz müharibəyə risk etsək, o zaman bütün dünyanın qəzəb nəzərləri bizə qarşı yönələ blər. Ancaq müharibənin başlama ehtimalı gündəmdədir və her şey prezidentimizdən asılıdır".