backend

Son Dəqiqə!!! MÜHARİBƏ VETERANI CAMAL ƏHMƏDOV DÜŞMƏNİ QORXUYA SALDI...

Son Dəqiqə!!!  MÜHARİBƏ VETERANI CAMAL ƏHMƏDOV DÜŞMƏNİ QORXUYA SALDI...

Haqlı bir tələblə düşmən üzərinə silahsız yürüş edən Camal Əhmədov yürüş öncəsi etdiyi müraciətdə deyilirdi: "“BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, bütün dünya dövlətləri və dünya ictimaiyyətinə!


Hörmətl insanlar, hamınıza məlum olduğu kimi, artıq 30 ildir ki, Ermənistan dövləti özünün işğalçı siyasətini davam etdirməkdədir. BMT TŞ-nın qəbul etdiyi məlum qətnamələrini icra etmir. 25 ildir işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını geriyə çəkmir. 25 ildir didərgin ömrü sürərək, dözür və səbr edirik. Artıq səbrimiz tükənmişdir. Mən istər milli, istərsə də beynəlxalq qanun və konvensiyalarda nəzərdə tutulmuş hər hansı bir tələbi pozmadan, dinc və əliyalın olaraq, öz doğma torpaqlarımıza qayıtmağa qərar verdim.

66 yaşlı qoca və ağır formalı insult xəstəsi olan pensiyaçıyam. 01 sentaybr 2018-ci il tarixdə, Bakı vaxt ilə səhər saat 9-00 da Yevlax-Laçın magistral yolunun 49-cu kilometrliyindəki qoşunların təmas xəttindən işğal altında olan Ağdam rayonunun Baş Qərvənd kəndinə - doğulub boya-başa çatdığım doğma yurduma keçəcəyəm. Mənim və mənimlə birlikdə doğma yurdlarımıza qayıdan insanların təhlükəsizliyimizin təmin edilməsini hamınızdan xahiş edirəm.

Biz, dinc və əlyalın insanlar olaraq, doğma torpaqlarımızda ömür sürməyə hüquqlu və qərarlıyıq.
Səmimiyyətlə, Azərbaycan vətəndaşı Camal Xuduş oğlu Əhmədov”.

Demək olar ki, yürüş məcburi köçkünlərə qayıdış yolunu göstərməklə yanaşı, aidiyyatlı beynəlxalq qurumları və vətənimizin ərazi bütövlüyünü təmin etməyə məsul olan dairələri düşündürdü. Düşmən üçün gözlənilməz olan bu yürüşü büş tutmuş saymaq olar. Çünki işğal rejimi gec-tez bu cür bir kütləvi milli yürüşün önündə qaçmağa məcbur olacaqlar. Qarabağ müharibəsi veteranı Camal Əhmədovun “Qarabağa-evimə qayıdıram” dinc yürüşünü şərh edən qondarma “Artsax respublikası” prezidentinin mətbuat katibi David Babayan bildirib ki, “azərbaycanlılardan kimsə Artsaxda yaşamaq istəyirsə, Azərbaycan vətəndaşlığından imtina etməli və “Artsax hökümətinə” müraciət etməldir ki, o DQR vətəndaşlığını qəbul edir.”
Qarabağ uğrunda döyüşlərdə döyüşmüş, el ağsaqqalı Camal Əhmədov da yürüşün məqsədinə çatmasını qeyd eləyib. Onu tanıyan veteranlar ordusu müharibə veteranı C. Əhmədovun səhhətinə görə narahat olduqlarına görə hər an bölgə ilə əlaqədə olublar.

Aldığımız məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov polis yoxlamasından sonra Camal Əhmədovu söhbətə dəvət edib. Bildirib ki, əgər israr etsəniz, getdiyiniz minanin üstünə sizinlə birgə gedəcəyəm. V. Həsənov vətəndaşların "Yurda dönüş" təşəbbüsünü, ermənilərə mesaj verilməsini də təqdir edib. Söhbətdən sonra Ağdam rayon İH Başçısının I müavininə maşınında onu Bərdəyə yola salıb.
İnsidentsiz başa çatan aksiya xalq tərəfindən təqdir edilməkdədir. Həqiqətən də Camal Əhmədov bir tarix yaza bildi...

Qaynarxett.az