Azərbaycanda icra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi

Sosial 25-09-2018, 09:27
Azərbaycanda icra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi















Xəzər Rayon İcra Hakimiyyətinin başçısı çox it saxlayan rayon sakininə qarşı iddia qaldırıb.

Başçı Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

G.İslamov iddia ərizəsində qeyd edib ki, bu barədə qəsəbə sakinləri İcra Hakimiyyətinə müraciət edərək itlərin ətrafda narahatlıq və antisanitar şəait yaratdığını bildiriblər.

Bununla bağlı müvafiq orqanlar E.Mansurovun həyətinə baxış keçirib 300-dən çox it saxlanıldığını aşkar ediblər. Buna görə də həmin şəxs müəyyən olunan saydan artıq it saxladığı üçün Xəzər Rayon 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsinə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına) görə 200 manat cərimə olunub.

Hazırda G.İslamovun E.Mansurova qarşı iddia ərizəsində Xəzər Rayon Məhkəməsində baxılır. Prosesin ilkin hazırlıq iclası keçirilib. Baxış iclası isə sentyabrın 28-nə təyin edilib.



Qafqazinfo
Oxunub: 217
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10