backend

Ötən gecə qalmaqallı "Vulkan" motelində nə baş verib?

Ötən gecə qalmaqallı "Vulkan" motelində nə baş verib?












Bakıda ailəli qadın oteldə özünü asdı: şok təfərrüatlar

Afaq “Vulkan”da öz sevgilisi - əmisi oğlu ilə görüşübmüş.
“Vulkan”da baş verən hadisənin əlavə detalları məlum olub.
Afaq Şükürovanın Sumqayıt sakini olduğu təstiqlənib.
Qadın ailəli olub və uşaqları var, amma son üç ayda Kürdəmirdə yaşayan və ərə getməmişdən öncə sevdiyi əmisi oğlu ilə zəngləşirmiş.
Əmisi oğlunun adı məlum deyil, amma onun subay olduğu məlumdur. İki gün öncə sevgililər “Vulkan” motelində görüşməyi qərara alaraq görüşüblər.
Nömrədə aşkar edilən meyit haqqında polisə motel işçiləri xəbər veriblər.
Şükürova hamam xalatının kəməri ilə özünü çilçıraqdan asıb.
Amma sonrakı detallar hüquq mühafizə orqanı əməkdaşlarını şoka salıb.
Motel əməkdaşları həmçinin bildiriblər ki, Şükürova ilə moteldə məskunlaşan şəxs bir sutka ərzində nömrədən çıxmayıb.
Hadisə yerinə gələn əməliyyatçılar və rayon prokurorluğu əməkdaşları onu elə Şükürovanın asılmış meyitinin altında çarpayıda oturduğunu görüblər.
Kişi belə vəziyyətdə bir sutka oturub.
İlkin məhkəmə ekspertizasının məlumatına görə Şükürova noyabrın 19-da ölüb.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsinə (intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
İstintaq rayon prokurorluğu tərəfindən aparılır.
Motel kimindir?
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus “Vulkan” otelidir.

Qeyd edək ki, “Vulkan” otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb.