backend

Sabunçuda Azərbaycan Bayrağından uca olan məmur

Sabunçuda Azərbaycan Bayrağından uca olan məmur























Azərbaycan bayrağı Ginnesin "Rekordlar kitabı"na düşəndən sonra məmləkətin az qala hər yerində dalğalanan üçrəngli gözəlimiz millətimizin qürur mənbəyinə çevrilib. Bu azmış kimi Bakının 12 rayonu və əyalət rayonlarında da icra başçıları bayraq meydanı yarışına çıxıblar, biri o birindən hündür yerdə və daha hündür bayraq sütunu inşa etdirdiyi ilə bəhsə girib öyünür...

Amma indi oxucuların diqqətinə ərz edəcəyimiz bu xəbər də Ginnesin "Rekordlar kitabı"na düşəsi biabırçılıqdı. Belə ki, Sabunçu rayonunda paytaxtın ikinci hündür bayraq meydanını inşa etdirmək hələ də bir əcaib səbəbə görə bu günədək mümkün olmayıb. Belə ki, rayonun Bakıxanov (keçmiş Razin) qəsəbəsindəki ən hündür yer əvvəlki icra başçısının dönəmində "təsadüfən" çox iriçaplı bir məmurun yaxın ətrafına satılıb və əraziyə "kupça" alan həmin şəxs də indi daş atıb başını tutur ki, həmin yeri kimsəyə vermərəm. Hətta iş o yerə çatıb ki, həmin adam icra hakimiyyətini məhkəmə ilə hədələyib. Beləcə icra başçısının arzusu gözündə qalıb..