backend

Xəzər Rayon Baytarlıq İdarəsində nələr baş verir

Xəzər Rayon  Baytarlıq İdarəsində nələr baş verir
















İdarə rəisi Şəhriyar müəllim öz işçilərinin əli ilə ət dükanlarından sadəcə aylıq yığır

Son zamanlar əhaliyə xəstə heyvanların ətinin satılması ilə bağlı məlumatlar mətbuatın gündəmindən düşmür. Rayon və qəsəbələrdə fəaliyyət göstərən ət dükanlarında vətəndaşlara xəstə, ya da ölü heyvan əti satılır. Problemlə bağlı məsul qurum isə Bakı Şəhər Baytarlıq İdarəsidir. Lakin bütün yazılanlara baxmayaraq, bu qurum öz işində şəffafliq yaratmır və ət bazarında ciddi nəzarəti həyata keçirə bilmir.
Qaynarxett.İnfo-ya Xəzər Rayon Baytarlıq İdarəsinin bu sahədə ciddi qanun pozuntularına yol verməsi ilə bağlı məlumat daxil olub. Məlumatda bildirilir ki, Xəzər Rayon Baytarlıq İdarəsinin rəisi Şəhriyar müəllim Rayonun bütün qəssabxanalarını və ət bazarını öz nəzarəti altında saxlayır, rüşvət qarşılığında xəstə heyvanların ətlərinin bazarlara çıxarılmasına göz yumur.

Məlumata əsasən Binə qəsəbəsindəki, ət dükanlarına gündəlik satdıqları ətin sağlam olub-olmaması ilə bağlı verilən arayışlar əslində kağız parçasıdır. Çünki qəssabların əksəriyyətinə sağlamlıq kağızı bir başa 1 ay müddətinə verilir. Amma qəssablar hər gün heyvan alıb kəsirlər və bu zaman Xəzər Rayon Baytarlıq İdarəsinin verdiyi sağlamlıq arayışının heç bir əhəmiyyəti olmur.
Məlumatla bağlı Xəzər rayon Baytarlıq idarəsinin rəisi Şəhriyar müəllimlə telefon əlaqəsi saxladıq . Şəhriyar müəllim “Binə qəsəbəsinə mən baxmıram ora Qurbani Rüstəmov baxır, deyərəm sizinlə əlaqə saxlayar” dedi . Bir neçə saatdan sonura redaksiyayla əlaqə saxlayan Qurbani müəllim qəsəbədə baş verən qanunsuz ət kəsimi və satışıyla bağlı açıqlama verdi:
-Biz ayda bir dəfə kəsiləcək olan heyvanlardan qan analizi götürürük və bu analizin nəticəsinə görə arayış veririk . Bizim idarənin ətdən nümunə götürüb yoxlayacaq avadanlıqları yoxdu . Qaldı ki, bizə verilən pullara, o pullar dövlət rüsumudur, hər ay verilməlidi .
Sonuradan Bakı Şəhər Baytarlıq idarəsinin rəisi Aslan Aslanov redaksiyamızla əlaqə saxlayaraq deyilənləri inkar edərək dedi:
-Bakı şəhərində bütün baytarlıq idarələri hər növ avadanlıqlarla təmin olunub. Gündəlik ət kəsimlərinə nəzarət olunur və kəsilən heyvanların ətindən nümünə götürülərək yoxlanılır . Bu yoxlamaların nəticəsinə görə ət satışına icazə verilməsini bildirən arayışlar verilir .

Qeyd edək ki, qanuna görə Xəzər Rayon Baytarlıq İdarəsi hər gün satılacaq heyvanın ətindən nümunə götürərək, ətin sağlam olub-olmaması ilə bağlı rəy bildirməlidir. Bunun üçünsə rayonda mərkəzləşdirilmiş sallaqxanalar fəaliyyət göstərməli və qəssablar kəsim işini orda həyata keçirib baytarlıq idarəsindən sağlamlıq arayışı almalıdırlar. Məlumdur ki, bu gün Bakıda bütün qəssablar bir qayda olaraq öz dükanlarının qabağında kəsim işləri aparırlar. Bu isə sanitar qaydalarını tamamilə pozur. Məlumdur ki, Xəzər Rayon Baytarlıq İdarəsi işçilərinin fiziki olaraq bu şəkildə nəzarəti həyata keçirmələri imkansızdır. Ən acınacaqlı vəziyyət isə Binə qəsəbəsində baş verir. Yol kənarlarındakı ət dükanlarında satılan ətlərin görkəmi uzaqdan bildirir ki, bu ətlər xəstə və ya ölü heyvanların ətidir.
Araşdırmamızın nəticəsi olaraq bildirək ki, Bakı Şəhər Baytarlıq İdarəsinin yüksək səviyyəli laboratoriyası olsa da, bu avadanlıqlar sadəcə görüntü üçündür. Bakı şəhərinə daxil olan heç bir heyvan əti bu laboratoriyada yoxlanılmır.

Məlumatlarda bildirilir ki, Xəzər rayon Baytarlıq İdarəsinin rəisi Şəhriyar müəllim qəsəbədə fəaliyyət göstərən baytarlıq işçilərinin əli ilə ət dükanlarından sadəcə aylıq yığır. Onun işçiləri bundan başqa heç bir iş görmürlər. Şəhriyar müəllim öz qurumunu ancaq rüşvət yığmaq obyektinə çevirməklə ölkənin qida təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ə.AZAD

Xəzər Rayon  Baytarlıq İdarəsində nələr baş verir

Xəzər Rayon  Baytarlıq İdarəsində nələr baş verir