backend

Qız Qalasında intihar edən şəxslə bağlı - YENİ XƏBƏR + FOTO

Qız Qalasında intihar edən şəxslə bağlı - YENİ XƏBƏR + FOTO






















İntihar edən şəxsin anası oğlunun meyitini tanıyıb.

Noyabrın 24-də Bakının Səbail rayonu ərazisində, Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyi məlum olub.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxsin Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Krişayev Yuri Qriqoriyeviç olması müəyyən edilib.

Xırdalan şəhəri, məhəllə 27, ev 21, mənzil 9-da qeydiyyatda olan Y.Krişayevin anası dünən gecə saatlarında morqa gəlib və oğlunun meyitini tanıyıb.

Qadın bildirib ki, oğlunun hər hansı problemi, xüsusi çətinliyi olmayıb. 31 yaşlı Y.Krişayev subay olub. Əvvəllər məhkumluğu olmayan Abşeron sakini fəhləlik edirmiş.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.

Qız Qalasında intihar edən şəxslə bağlı - YENİ XƏBƏR + FOTO

Qız Qalasında intihar edən şəxslə bağlı - YENİ XƏBƏR + FOTO