backend

Bakıda iki azyaşlı uşaq anası intihar etdi

Bakıda iki azyaşlı uşaq anası intihar etdi






















Muradovanın cəsədini qohumları tapıblar.

Dünən Qaradağ rayonunda iki azyaşlı uşaq anası özünü asıb.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Qaradağ rayon prokurorluğunda bildiriblər.

Məlumata görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nazirağa qızı öz mənzilində intihar edib. Qadın özünü qapının arasından qonaq otağına keçən qaz borusundan şərf ilə asıb. Muradovanın cəsədini qohumları 22.16-da tapıblar. İntihar edərkən evdə heç kim olmayıb.

İntiharın səbəbi müəyyənləşdirilməyib. Muradovanın kiçik övladı dörd aylıqdır.

Fakt üzrə istintaq aparılır.