backend

Ermənistanın Mərkəzi Bankı dramı devalvasiya etdi

Ermənistanın Mərkəzi Bankı dramı devalvasiya etdi






















REPO dərəcəsi yüksəlib.

Ermənistanın Mərkəzi Bankı milli valyutanın kursunu rəsmi olaraq bir dollar üçün 418,40-dan 435 dram edib.

qaynarxett.az xəbər verir ki, nizamlayıcı devalvasiyanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq və qızıl valyuta rezervlərinin sabitləşdirilməsinin labüdlüyü ilə izah edib.

Milli valyutanın korrektəsi regional və beynəlxalq maliyyə bazarlarında son tendensiyalarla əlaqədardır, maliyyə bazarının bütün üzvləri ilə müzakirədən sonra həyata keçirilib, Milli bankın bəyanatında açıqlama verilib.

Bundan başqa, dramın yeni kursu nizamlayıcının fikrinə görə, ixracın rəqabət qabiliyyətliliyini yüksəldəcək, iqtisadi inkişafa, Mərkəzi Bankın rezervlərinin sabitləşməsinə vasitə olacaq.

Aparılan devalvasiyadan sonra qızıl valyuta ehtiyatlarının həcmi dəyişmə kursunun sabitləşməsi üçün yetərli olacaq, Ermənistanın Mərkəzi Bankının bəyanatında qeyd edilib.

MB eyni zamanda noyabrın 25-dən REPO dərəcəsini 8,25%-dən 10,25% qədər yüksəldib.