backend

Şamaxı İqtisad Kollecində “Danışan” kreslo

Şamaxı  İqtisad Kollecində  “Danışan” kreslo




















Yemək kimi kreslonun da düşər-düşməzi var

Əgər Şamaxının iqtisad kollecində bu kreslo şoğəlib düşərli olsaydı elə Anar bəydən əvvəlki müəllimə qismət olardı. Bu kreslo “danışırdı”, onu havalandırmışdı, kasıb-küsubla davranışında göylə gedirdi, Allaha bəndəlik eləmək istəmirdi. Nə oldu axırı? İmkansız tələbələrin ah-naləsi onu elə tutdu ki… Yəqin bilmədiniz söhbət kimdən gedir. Şamaxı social – iqtisad kollecinin sabiq direktoru Vaqif İsgəndərov müəllimdən… Onun yerinə gələn Anar Abbasov da deyəsən, bu kresloda düz-əməlli oturub Allahına şükür oxumur. Görünür ona da düşmür. Əgər belə olmasaydı pulu olmayan kasıb-kusub tələbələri bihörmət edib, kabinetindən qovmazdı: – Hökumət də, qanun da mənəm! İstəsəm “beş” verərəm, istəməsəm yox! Get, hara istəyirsən şikayət elə, əlindən gələni də beş qaba çək! Görürsünüzmü kreslo direktoru necə danışdırır. Lap əvvəlki kişinin vaxtındakı kimi.
Belə olmasaydı kollecdəki vəziyyət, bazardakından heç nə ilə fərqlənməzdi. Kollecə yeni qəbul olunmuş tələbələrin hər birindən, tələbə bileti və qiymət kitabçası verilərkən 100 manat tələb olunur. Dövlət səviyyəsində çap olunmayan, pul qazanmaq məqsədi ilə ara yazarlarının mərhum prezident, Ümummilli Lider Heydər Əliyev haqqında yazdıqları kitabları və Xocalı Soyqırımı ilə bağlı olan kitabları hər birini 20 manata tələbələrə satdırmazdı. Yay-qış sessiyasında isə imtahanların qiyməti "standart"-lara uyğun olaraq, 30-50 manat arasında dəyişir. Bundan başqa yaxın rayonlardan olan tələbələr (Beyləqan, Ağsu, Kürdəmir, Yevlax) 300 manat verərək, "aylığa" çıxırlar. Yəni dərs davamiyyəti, dərs tədrisi kollecdə əsas götürülmür və tələb olunmur.
Bu kollecdə əsasən pul, rüşvər rol oynayır. Nəyahət ən əsas məqam budur ki, toplanan "töycü" və "vergilər" kollecin direktoru Anar müəllimin büdcəsinin artırılmasına xidmət edir. Qarşıdan rüşvətin qış sessiyası gəlir. Deməli Anar müəllim sözün əsl mənasında "yeni il sevinci" yaşayacaq!