backend

Milli Məclisin ağlamalı gülməcələri”

Milli Məclisin ağlamalı gülməcələri”























(Əvvəli keçən sayımızda)

BƏS KİTAB?

Hadi Rəcəbov namizədlik dissertasiyası müdafiə edirdi. Akademik Tofiq Köçərli geniş bir nitq söyləyib, hökumət adamlarının, dövlət məmurlarının və Parlament üzvlərinin, o cümlədən H. Rəcəbovun elmlə məşğul olmalarının faydasından danışdı. Mən də həmin elmi şuranın üzvüydüm və Tofiq müəllimdən sonra mən çıxış edəsi oldum:
- Akademik T. Köçərlinin fikri ilə tamamilə razıyam. Siyasətlə məşğul olan adamların elmi işə girişmələri ən azı ona görə faydalıdır ki, hərdən bir kitab oxusunlar, yazı yazsınlar. Mən hətta bir qədər də irəli gedərək deyərdim ki, siyasətlə məşğul olmağa başladığı vaxtdan bəri H. Rəcəbovun gördüyü ən düzgün iş elə bu dissertasiyanı yazması olub...
Hadi müəllim dözmədi:
- Nazim müəllim yenə ağ elədi də, elə deyil axı! Mən bu dissertasiyadan əvvəl bir kitab da nəşr etdirmişəm, bəs o?

ONUN BUNA NƏ DƏXLİ?

Məclisə təzəcə gəlib əyləşmişdim ki, gördüm bizdən qabaqkı sırada oturan Kərim Kərimov sağındakı Firdovsi Əliyevi möhkəm danlayır:
- Axı sən nə bilirsən siyasət nədir. Prezidentin adından istifadə edib min oyundan çıxırsız. Eşitdim indi də təzə “Mersedes” minirsən. Bunlar hamısı bir tərəfə, heç olmasa, təbliğatı da düz-əməlli apara bilmirsən. Şit-şit danışıb bizi gözdən salırsan. Bunlara bənzər bir qalaq ittihamdan sonra Kərim müəllim Firdovsini acıqlı-acıqlı süzdü, “heç mən sənin yanında oturmaq da istəmirəm” –dedi və solundakı boş kresloya keçdi.Guya YAP-çıları barışdırmaq, amma əslində bu məzə fürsətini fövtə verməmək üçün Kərim müəllimə tərəf əyilib onu sakitləşdirməyə başladım:
- Ay Kərim müəllim, axı siz eyni partiyanın üzvüsünüz, niyə dalaşırsınız, mehriban olun, və sair və ilaxır. Kərim müəllim arxaya dönüb pıçıldadı:
- A kişi, mən bu filankəsin biri filankəsin yanında necə oturum? Hər dəfə iclasdan əvvəl sarımsaq yeyir, sonra da gəlib oturur yanımda. Dözmək olur ki?

P.S. Bu əhvalatı danışdığım ilk deputat Ağabəy Əsgərov oldu. Üzümə bir xeyli təəccüblə baxandan sonra soruşdu ki, hər şeyi başa düşdüm, bəs bu sarımsağın təbliğata nə dəxli var

HƏLƏ YAŞASINLAR

Şeyx Allahşükür Paşazadə Milli Məclisə gəlmişdi. Anar Məmmədxanov onu danışdırmaq istədi:
- Şeyx, deyirsiz ki, Xudavəndi-aləm hər şeyi görür, hər şeyi bilir. Bəs Azərbaycanı söküb-dağıdıb-yeyib, üstündən də, mədələri gücə düşməsin deyə badamlı içənləri görmür? Görürsə, bu quldurların canını alıb öldürsün, millətin də canı qurtarsın da...
- Bismillah-rəhmani-rəhim. A bala, bu yazıq Allah neyləsin. Baxır Nizami Xudiyevin televiziyasına, görür hər şey, namxuda, çim yağdı, camaat naz-nemət içində üzür, gecə-gündüz də rəhbərlərə dua oxuyur. O da deyir qoy hələ yaşasınlar.

Ardı var